20 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Strateji əhəmiyyətli sahələr üzrə iqtisadi islahat sənədlərinin hazırlanması ilə bağlı müzakirələr aparılıb

Strateji əhəmiyyətli sahələr üzrə iqtisadi islahat sənədlərinin hazırlanması ilə bağlı müzakirələr aparılıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) bildirilib ki, müzakirələr mərkəzin icraçı direktoru Vüsal Qasımlı ilə Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə yeni təyin olunan ölkə direktoru Kandis Makdeiqan arasında görüş zamanı aparılıb.

Görüşdə son zamanlarda həyata keçirilən iqtisadi islahatlar, “Doing Business” və digər beynəlxalq reytinqlərdə Azərbaycanın qabaqcıl mövqeyi barədə məlumatlar təqdim edilib. Həmçinin sosial-iqtisadi inkişafa dair Azərbaycanın 2030-cu il üzrə qəbul edilmiş milli prioritetləri, İİTKM-in monitorinq və qiymətləndirmə institutu olaraq həyata keçirdiyi fəaliyyətlər və kommunikasiya tədbirləri barədə də ətraflı danışılıb. Eyni zamanda, makroiqtisadi tədqiqatlar üzrə hazırlanmış təhlil və proqnozlaşdırma modellərinin hazırlanmasında AİB tərəfindən təmin edilən texniki yardım və əməkdaşlıq yüksək qiymətləndirilib.

Görüşdə Asiya İnkişaf Bankının Azərbaycan üzrə yeni təyin olunan ölkə direktoru Kandis Makdeiqan Azərbaycanda infrastrukturun yenidən qurulması və maliyyə sektorunun inkişafı istiqamətində AİB tərəfindən icra olunan fəaliyyətlər barədə məlumat verib. İqtisadi artım və diversifikasiya sahəsində tədqiqatların aparılması, makroiqtisadi təhlil və proqnozlaşdırma modeli üzrə praktiki təlimlər və strateji əhəmiyyət kəsb edən sahələr üzrə iqtisadi islahat sənədlərinin hazırlanması gələcək əməkdaşlıq istiqamətləri kimi təklif edilib.

Müzakirədə Asiya İnkişaf Bankının baş iqtisadçısı Nail Vəliyev və İİTKM-in İqtisadi Təhlil və Analitik İnformasiya Departamentinin rəhbəri Rəşad Hüseynov və Layihələr departamentinin rəhbəri Vüsalə Cəfərova da iştirak edib.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?