20 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Özəlləşdiriləcək müəssisələrin əmlak və torpaq vergisi üzrə borclarının silinməsi gündəlikdədir

"Özəlləşdiriləcək dövlət əmlakının (müəssisəsinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borcların tənzimlənməsi haqqında" qanun layihəsi Milli Məclisin martın 5-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. Hazırda dövlət əmlakının satıcısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə birlikdə özəlləşdirilməsi barədə qərar qəbul edilmiş dövlət əmlakının 1 mart 2019-cu il tarixə olan əmlak və torpaq vergiləri üzrə borclarını dəqiqləşdirir.

Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi zamanı onun balans öhdəliklərində əks olunmuş debitor və kreditor borcları özəlləşdirmə planında (emissiya paketində) ayrıca göstərilir. Təqdim olunmuş layihəyə əsasən, 2019-cu il martın 1-dən sonrakı dövrdə özəlləşdirilməsi başa çatmış dövlət əmlakının bu qanunun qüvvəyə minmə tarixinədək olan əmlak və torpaq vergiləri üzrə borcları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aşağıdakı qaydada silinməsi nəzərdə tutulur:

  • dövlət əmlakının (müəssisələrinin) özəlləşdirildiyi tarixdən etibarən 1 il ərzində bu borcların 30 faizi ödənildikdə ödənilməmiş borcların 70 faizi silinəcək;
  • dövlət əmlakının (müəssisələrinin) özəlləşdirildiyi tarixdən etibarən 2 il müddətində bu borcların 50 faizi ödənildikdə ödənilməmiş borcların 50 faizi silinəcək;
  • dövlət əmlakının (müəssisələrinin) özəlləşdirildiyi tarixdən etibarən 3 il ərzində bu borcların 70 faizi ödənildikdə ödənilməmiş borcların 30 faizi silinəcək.

Sənəddə göstərilib ki, bu müddəalar dövlət əmlakının bu qanunla müəyyən edilmiş borclarının məcburi ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilib, lakin bu qanunun qüvvəyə minmə tarixinə mövcud olan ödənilməmiş hissələrinə də şamil ediləcək. Sənədə əsasən, dövlət əmlakının satıcısı özəlləşdirilmənin başa çatması tarixi haqqında məlumatı həmin tarixdən bir ay müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməlidir.

Elxan SALAHOV

VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir?