"Özəlləşdiriləcək dövlət əmlakının (müəssisəsinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borcların tənzimlənməsi haqqında" qanun layihəsi Milli Məclisin martın 5-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. Hazırda dövlət əmlakının satıcısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə birlikdə özəlləşdirilməsi barədə qərar qəbul edilmiş dövlət əmlakının 1 mart 2019-cu il tarixə olan əmlak və torpaq vergiləri üzrə borclarını dəqiqləşdirir.
Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi zamanı onun balans öhdəliklərində əks olunmuş debitor və kreditor borcları özəlləşdirmə planında (emissiya paketində) ayrıca göstərilir. Təqdim olunmuş layihəyə əsasən, 2019-cu il martın 1-dən sonrakı dövrdə özəlləşdirilməsi başa çatmış dövlət əmlakının bu qanunun qüvvəyə minmə tarixinədək olan əmlak və torpaq vergiləri üzrə borcları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aşağıdakı qaydada silinməsi nəzərdə tutulur:
Sənəddə göstərilib ki, bu müddəalar dövlət əmlakının bu qanunla müəyyən edilmiş borclarının məcburi ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilib, lakin bu qanunun qüvvəyə minmə tarixinə mövcud olan ödənilməmiş hissələrinə də şamil ediləcək. Sənədə əsasən, dövlət əmlakının satıcısı özəlləşdirilmənin başa çatması tarixi haqqında məlumatı həmin tarixdən bir ay müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməlidir.
Elxan SALAHOV