14 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

KOBİA-nın müsabiqəsinə sənəd qəbulu davam edir

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş müsabiqəyə sənəd qəbulu martın 18-də başa çatır. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) müvafiq istiqamətlər üzrə müsabiqəyə layihə təqdim etmək istəyən KOB subyektlərinin diqqətinə çatdırır ki, layihələrini qeyd olunan tarixədək agentliyə təqdim edə bilərlər.

KOBİA-dan bildirilib ki, KOB subyektləri müsabiqə üçün müvafiq sənədləri agentliyə elektron ([email protected]) və ya birbaşa (AZ1069, Bakı şəhəri, Atatürk prospekti, 134) təqdim edə bilərlər. Hər bir layihə üzrə maliyyələşdirmə məbləği maksimum 20 min manatdır.
Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin 2020-ci il 30 sentyabr tarixli Qərarı ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq, müsabiqədə mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olan hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Hər bir şəxs müsabiqəyə yalnız 1 layihə təqdim edə bilər. Layihələrin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır.

Müsabiqədə iştirak etmək istəyən KOB subyektləri müvafiq sənədləri (ərizə, layihə və büdcənin əsaslandırılması üçün nümunəvi formaları) agentliyin saytından (https://bit.ly/3oZx4HZ), ətraflı məlumatı isə (012) 404 04 01 və 131 Çağrı mərkəzindən əldə edə bilər. KOB subyektləri müsabiqəyə təqdim ediləcək müvafiq sənədlərin hazırlanması üçün agentliyin KOB inkişafı mərkəzlərinin ödənişsiz dəstək və xidmətlərindən istifadə edə bilərlər. Müsabiqənin nəticələri aprelin 19-dan sonra KOBİA-nın “www.smb.gov.az” rəsmi internet səhifəsində yerləşdiriləcək. Müsabiqəyə təqdim olunacaq layihələrin qiymtələndirilməsi zamanı layihənin mikro, kiçik və orta sahibkarlığın inkişafına təsiri, innovativliyi, əsaslandırılmış ideyasının olması, praktiki məqsədlər üçün tətbiq imkanları və digər bu kimi amillər əsas götürüləcək.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?