19 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bakı-Tbilisi-Qars dəmir yolu ilə Rusiyadan Türkiyəyə taxıl və kəpək nəql olunub

“ADY Express” MMC Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Rusiyadan Türkiyəyə taxıl və buğda kəpəyi nəql edib.

MMC-dən bildirilib ki, 13 örtülü vaqonda 780 ton taxıl Rusiyanın Tatarskaya stansiyasından (Qərbi-Sibir dəmir yolu), 8 taxıldaşıyan vaqonda 480 ton buğda kəpəyi isə Şadrinsk stansiyasından (Cənub-Ural dəmir yolu) göndərilib. Rusiya-Azərbaycan sərhəddində yerləşən Yalama stansiyasından keçən yüklər daha sonra Böyük-Kəsik və daha sonra Gürcüstanın Axalkalaki stansiyasına çatdırılıb. Burada vaqonlarda təkər cütləri dəyişdirildikdən sonra taxıl və kəpək Türkiyənin Qars şəhərinə yola salınıb.

Taxıl yükü ümumilikdə 4745 kilometr, buğda kəpəyi isə ümumilikdə 4054 kilometr məsafəni qət erdikdən sonra təyinat nöqtəsinə çatdırılıb. Yüklərin nəqlini “ADY Express” MMC tərəfdaşları ilə – “RJD Logistika” (Rusiya), “GR Logistics” (Gürcüstan) və “Pasifik Eurasia Logistics” (Türkiyə) şirkətləri ilə həyata keçirib.
Qeyd edək ki, BTQ dəmir yolu bu cür yüklərin nəqli yük sahiblərinə ənənəvi dəniz yolu ilə nəqlindən daha sərfəlidir. BTQ ilə fasiləsiz kiçik həcmli yükləri daşımaq mümkündür ki, əvvəllər yük sahibləri bu yükləri Türkiyəyə göndərmək üçün Novorosiysk limanında gəminin doldurulmasını gözləməli olurdular və limanda yüklərin aşırılması əməliyyatlar aparılırdı. Bu da əlavə xərclər deməkdir. Bundan başqa BTQ vasitəsi ilə yüklərin nəqli tranzit vaxtını 2 dəfə azaldır. Yük sahibləri Bakı-Tbilisi-Qars vasitəsilə mütəmadi olaraq bu cür yüklərin Türkiyəyə göndərilməsini planlaşdırır.

VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu?