15 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"Biznesini yarat marafonu"

Azərbaycan Respublikası Gənclər Fondunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin birgə icra etdiyi “Gənclərin dayanıqlı məşğulluğu” proqramı çərçivəsində keçirilən “Biznesini yarat marafonu”na müraciətlərin qəbulu vaxtı uzadılıb.

Marafonun məqsədi işsiz və işaxtaran gənclərin biznes ideyalarını reallaşdırmalarına, məşğulluq imkanlarına yiyələnmələrinə, o cümlədən özünüməşğulluq proqramı vasitəsilə dəstək olmaqdır.

Marafona qoşulmaq üçün 18-29 yaş kateqoriyasındakı gənclər reallaşdırmaq istədikləri biznes ideyalarını qısa videoçarx şəklində proqramın veb-saytında (www.genc.az) və ya “GencApp” mobil tətbiqində yerləşdirməlidirlər.

Qiymətləndirmə komissiyası tərəfindən bu ideyalar dəyərləndirildikdən sonra biznes ideyası uyğun hesab edilən gənclər təlimə cəlb olunacaqlar.

Təlimi uğurla başa vuran gənclər ideyalarını reallaşdırmaq üçün Dövlət Məşğulluq Agentliyinin icra etdiyi özünüməşğulluq proqramı və Gənclər Fondunun “İdeyanı reallaşdır – gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsi” çərçivəsində dəstək göstəriləcək. Vətən müharibəsində iştirak etmiş, müharibədən zərər çəkmiş, habelə şəhid ailəsinin üzvü olan, işsiz və işaxtaran, ixtisası və peşəsi olmayan, əmək qabiliyyətli əlilliyi olan gənclərə layihənin icrası zamanı üstünlük veriləcək.

Videomüraciətlərin qəbulu prosesi martın 28-dək davam edəcək.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?