19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

DOST mərkəzləri 300 mininci vətəndaşa xidmət edib

Yasamal rayon sakini Gülnarə Hüseynova 1 saylı Bakı “DOST” Mərkəzinə sağlamlıq imkanları məhdud uşaqlara sosial müavinət və təqaüdün təyin olunması xidməti ilə əlaqədar üz tutub və bu, "DOST" mərkəzlərində 300 mininci vətəndaş müraciəti kimi qeydə alınıb.

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov öz çıxışında bildirib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq əhaliyə xidmətlərin vətəndaş məmnunluğuna uyğun yüksək səviyyədə təşkili DOST Agentliyinin əsas fəaliyyət prinsipidir.

O, mərkəzlərin xidmətlərindən faydalanan vətəndaşların sayının artdığını və onların DOST mərkəzlərində göstərilən xidmətlərdən razı qaldığını diqqətə çatdırıb.

F.Məmmədov 300 mininci vətəndaşa agentlik adından təşəkkürnamə və simvolik hədiyyələr təqdim edib.
G.Hüseynova DOST mərkəzində göstərilən xidmətlərdən razı qaldığını deyib, dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, operativ və şəffaf təşkil olunduğuna görə təşəkkürünü bildirib.

2019-cu ilin mayından etibarən Bakıda 3 DOST mərkəzi açılıb və paytaxtın 8 rayonu (Yasamal, Səbail, Qaradağ, Xəzər, Pirallahı, Nizami, Sabunçu, Suraxanı) həmin mərkəzlərin xidmətləri ilə əhatə olunub. Vətəndaşların bu xidmətlərdən məmnunluq səviyyəsi 97 faizdir.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?