7 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mikayıl Cabbarov: Türkiyə və Azərbaycan məhsullarının sertifikatlaşma mərhələsi sadələşdiriləcək

Türkiyə bazarına daxil olan Azərbaycan məhsullarının, Azərbaycan bazarına daxil olan Türkiyə məhsullarının sertifikatlaşma mərhələsi sadələşdiriləcək.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Ankarada keçirdiyi brifinqdə deyib.

Nazir bildirib ki, Ankarada keçirilən biznes forumda ilkin danışıqların və görülən işlərin nəticəsi olaraq iqtisadi sahədə bir sıra mühüm müqavilələr imzalanıb. Bunlara Azərbaycan və Türkiyə arasında dağ-mədən sənayesində fəaliyyət, tekstil, nəqliyyat sahəsində qarşılıqlı layihələrin həyata keçirilməsi və investisiyaların qoyulması aiddir.

“Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətləri və əlaqələri hazırda yüksələn xətlə davam edir. Dövlətimizin başçısının siyasətinin nəticəsi olan Qarabağ zəfəri, bölgədə həyata keçirilməsi nəzərdə tutulan yeni layihələr, nəqliyyat qovşaqları, müxtəlif formatlarda - üçtərəfli formatda, 3+3 formatına əsasən həyata keçirilən birgə əməkdaşlıq layihələri iqtisadi subyektlər, şirkətlər, iş adamları üçün geniş imkanlar açır. Bu gün hər iki ölkənin bəzi dövlət qurumları, təşkilatlar arasında sazişlərin də imzalanması planlaşdırılır. Bu sazişlərin nəticəsində bizim Türkiyə bazarına daxil olan məhsullarımızın və Türkiyənin Azərbaycan bazarına daxil olan məhsullarının sertifikatlaşma mərhələsinin sadələşdirilməsi, avtomatlaşdırılması nəzərdə tutulur”, - deyə M.Cabbarov qeyd edib.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?