14 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Xarici ticarət balansında 3 milyard dollar müsbət saldo əmələ gəlib

Ötən il Azərbaycanın xarici iqtisadi mövqeyi COVID-19 pandemiyasının təsirləri və əsas ixrac məhsullarının qiymətlərinin dəyişimi şəraitində formalaşıb.

Mərkəzi Bankın Pul siyasəti icmalına əsasən, 2020-ci ildə ölkəmizin xarici ticarət dövriyyəsi 24,5 milyard ABŞ dolları təşkil edib. Bunun 13,7 milyard ABŞ dolları (və ya 56%-i) ixracın, 10,7 milyard ABŞ dolları (və ya 44%-i) isə idxalın payına düşüb. Xarici ticarət balansında 3 milyard ABŞ dolları məbləğində müsbət saldo əmələ gəlib.
İl ərzində 183 ölkə ilə ticarət əməliyyatları həyata keçirilib. Ticarət dövriyyəsinin yarıdan çoxu İtaliya, Türkiyə, Rusiya, Çin, Almaniya və Ukrayna kimi ölkələrin payına düşüb. Əvvəlki dövrlərdə olduğu kimi ticarət dövriyyəsində ən yüksək pay İtaliyaya məxsus olub. 2020-ci ildə İtaliya ilə ticarət dövriyyəsinin ümumi dövriyyədə payı 2019-cu ilə nəzərən 0,6 faiz bəndi artaraq 18,7 faiz təşkil edib. Türkiyə ilə ticarət dövriyyəsinin ümumi dövriyyədə payı 3,5 faiz bəndi artaraq 17 faiz, Rusiya ilə 1,9 faiz bəndi artaraq 10,9 faiz, Çin ilə 1 faiz bəndi artaraq 7,6 faiz Ukrayna ilə 0,7 faiz bəndi artaraq 3,2 faiz olub. Almaniya ilə ticarət dövriyyəsinin ümumi dövriyyədə payı isə 1,6 faiz bəndi azalaraq 3,3 faiz təşkil edib.

2020-ci ildə pandemiya ilə bağlı qlobal tələbin daralması nəticəsində ixrac 30 faiz azalıb. İxracın dəyərində xam neft üzrə 36,8 faiz, neft məhsulları üzrə 36,2 faiz, təbii qaz üzrə isə 7,4 faiz azalma qeydə alınıb. Neft ixracı 2020-ci il ərzində 32,6 faiz, qeyri-neft ixracı isə 5,3 faiz azalıb.

İl ərzində qeyri-neft sektoru üzrə ixracı artan əsas məhsullar pambıq lifi və meyvə-tərəvəz olub: ixracın dəyəri pambıq lifi üzrə 7,5 faiz, meyvə-tərəvəz üzrə isə 0,3 faiz artıb.

2020-ci ildə əmtəə idxalı 21,5 faiz azalıb. O cümlədən, dövlət sektoru üzrə əmtəə idxalı 2,3 dəfə azalaraq 1,8 milyard ABŞ dolları, özəl sektor üzrə 6,5 faiz azalaraq 7,9 milyard ABŞ dolları, fiziki şəxslər üzrə isə 4,7 faiz azalaraq 1 milyard ABŞ dolları olub.

2020-ci ildə ölkəyə daxil olan pul baratları əvvəlki ilə nəzərən 3,9 faiz artaraq 970 milyon ABŞ dollarına çatıb.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?