25 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“Light” neftinin qiyməti son bir ildə ilk dəfə 60 dolları keçib

“Light” neftinin qiyməti son bir ildə ilk dəfə 60 dolları keçib

Buna səbəb ABŞ-da müşahidə olunan soyuq havaların Texasda neft hasilatına təsir edəcəyinə dair narahatlıqların artması və nəticə etibarilə tələbatın çoxalacağına dair gözləntilərdir.

Belə ki, hazırda neft qiymətləri son 13 ayın maksimum səviyyəsinə yüksəlib. “Light”ın fyuçersləri 3 faizədək artaraq 2020-ci ilin yanvarından bəri ilk dəfə 60 dollar/barreli keçib.

Bazar gözləntilərinə görə, soyuq havalar Texasda neft hasilatına bir neçə min barrel zərər vura bilər.

Hazırda “Brent”in bir barreli Londonun ICE birjasında 63 dollardan, “Light” markalı xam neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 60 dollardan baha satılır.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması