18 Fevral 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mikayıl Cabbarov: 2025-ci ildə qeyri-neft ixracının həcminin 2 dəfə artırılması hədəflənir

Fevralın 12-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin təşkilatçılığı ilə “Postpandemiya dövründə vergi sistemi” mövzusunda sahibkarların iştirakı ilə videoformatda konfrans öz işinə başlayıb.

Konfransda pandemiyanın sahibkarlıq subyektlərinə təsiri və postpandemiya dövründə vergi sistemi üçün çağırışlar müzakirə edilir.

Tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov 2020-ci ilin həm dünya, həm də Azərbaycan üçün qlobal çağrışlarla dolu il olduğunu bildirib. Onun sözlərinə görə, pandemiya bütün dünyada iqtisadi geriləməyə səbəb olub. Onun təsirindən Azərbaycanda ÜDM 4,3 faiz azalıb.

Nazir vurğulayıb ki, real iqtisadiyyatın maliyyələşdirilməsində bankların payının artırılması prioritet vəzifələrdən biridir. Lakin keçən ildə də qeyd etdiyimiz səbəblərə görə əlverişsiz iqtisadi dinamikanın şahidi olduq.

M.Cabbarov qeyd edib ki, yalnız şaxələnmiş iqtisadiyyat dayanıqlı ola bilər. Bu prinsip əvvəlki illərdə olduğu kimi yenə də əsas hədəflərdən biridir. Hökumət qeyri-neft ixracını genişləndirilməsi və rəqabətli klasterlərin inkişafının sürətləndirilməsinə nail olmaq niyyətindədir. Bu məqsədlə qeyri-neft ixracının artımını təşviq edən strategiya həyata keçiriləcək. Yeni milli ixrac strategiyası ixrac məhsullarının həm çeşidini, həm də satış bazarlarının coğrafiyasının genişləndirilməsini ehtiva edəcək.

Nazir bildirib ki, ölkəmizin hazırda ixrac potensialı yüksək olan 120-dək məhsulu var və bu məhsulların 20-dən çox hədəf bazarları istiqamətində yönəldilməsi nəzərdə tutulur. Bu sahədə innovativ ekosistem inkişaf etdirilməlidir. Bu baxımdan 2025-ci ildə 2020-ci ilə nisbətən qeyri-neft ixracının həcminin 2 dəfə artırılması hədəflənir.

Dövlət Vergi Xidməti rəisinin müavini Orxan Nəzərli ölkəmizdə vergilər sahəsində həyata keçirilən mütərəqqi islahatlar, sahibkarlığın inkişafı istiqamətində görülən tədbirlər barədə məlumat verib.

VergiAtası əlil olan şəxsə əmlak vergisinə görə güzəşt verilirmi? VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir?