28 Mart 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İşğaldan azad olunan ərazilərdə nəqliyyat və rabitə infrastrukturunun qurulması məsələləri müzakirə edilib

İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılmış Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupunun nəqliyyat və rabitə infrastrukturunun qurulması məsələlərinə həsr edilmiş iclası keçirilib.

İclasda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, İdarələrarası Mərkəzin rəhbəri Hikmət Hacıyev, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev və aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
İşğaldan azad olunmuş ərazilərdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, “Azərbaycan Hava Yolları” QSC-nin, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin nümayəndələri tərəfindən həyata keçirilən və planlaşdırılan prioritet layihələrin, o cümlədən telekommunikasiya və poçt infrastrukturunun qurulması, Füzuli hava limanının, dəmir və avtomobil yollarının tikintisi, ərazilərin minalardan təmizlənməsi layihələrinin icrası barədə məlumatlar verilib.

İşğaldan azad olunmuş ərazilərdə quruculuq və bərpa işlərinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən əsas istiqamətlər və verilən tapşırıqlar, məskunlaşma ilə bağlı gələcək tələbat və perspektivlər, yeni çağırışlar və konsepsiyalar nəzərə alınmaqla icra edilməsi, bu məqsədlə bütün qurumlar tərəfindən görülən işlərin İdarələrarası Mərkəz vasitəsilə əlaqələndirilməklə icra edilməsinin vacibliyi vurğulanıb.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

VergiƏcnəbi vətəndaşlar üçün vergi güzəşti VergiMəkləbli ləvazimatları satan vergi ödəyicisinin gəlirdən çıxılan xərcləri VergiHüquqi şəxsin tərkibindən başqa bir hüquqi şəxsin ayrılması zamanı zəruri prosedurlar VergiRezidentin partnyorlara ödədiyi nəqliyyat və yemək xərclərinin gəlirdən çıxılması necə tənzimlənir? VergiElektron qaimə-fakturanın gecikdirilməsinə görə cərimə tətbiq olunurmu? VergiXırda ticarətlə məşğul olan şəxsin vergi öhdəlikləri VergiDövlət sektorunda iki yerdə çalışan işçinin vergi öhdəlikləri VergiXarici ölkə vətəndaşları Azərbaycanda necə VÖEN ala bilərlər? VergiAtası əlil olan şəxsə əmlak vergisinə görə güzəşt verilirmi? VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları