Azərbaycan neftinin bir bareli 62,30 dollara satılır
Azərbaycan neftinin qiyməti bahalaşır.
“Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,61 dollar artaraq 62,30 dollar təşkil edib. Bu, son bir ilin maksimum göstəricisidir.
“Azeri Light” neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.