15 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Neftin bahalaşması Azərbaycanın valyuta ehtiyatlarını artıracaq

Dünya miqyasında pandemiya elan ediləndən sonra bazarda neftin bir bareli ilk dəfə 60 dollardan baha satılır. Millət vəkili Vüqar Bayramov bahalaşmanı qlobal neft təklifinin azalması ilə izah edib.

"OPEC+" ölkələrinin öhdəliklərə əməl etməsi, Səudiyyə Ərəbistanının hasilatı gözlənildiyindən daha çox aşağı salması qlobal neft təklifini də azaldıb. Bu isə bazardakı tarazlığa təsir göstərərək qiymətin artmasına səbəb olub.

Digər tərəfdən, peyvəndləmə səviyyəsinin yüksəlməsi pandemiyanın miqyasının minimallaşacağı ilə bağlı ümidlər yaradıb. Bu isə investorların neft bazarına marağını artırıb. Pandemiyanın lokallaşdırılması yenidən real sektorun canlanmasına və neftə tələbin artmasına şərait yarada bilər. Ən böyük neft istehlakçısı olan ABŞ-dakı sonuncu dəstək paketi də ölkədə iqtisadi canlanma ilə bağlı proqnozları gücləndirib ki, bu da neft bazarına təsirsiz ötüşməyib.

Gündəlik 688,8 min barel neft ixrac edən Azərbaycan üçün dünya bazarında neftin qiymətinin yüksəlməsi ölkəyə daxil olan valyutanın həcminin artması baxımdan böyük əhəmiyyət kəsb edir. 2021-ci ilin dövlət büdcəsində 1 barel neftin qiymətinin 35 dollar müəyyənləşdirildiyini nəzərə alsaq, neftin illik orta qiyməti yüksək olacağı təqdirdə Dövlət Neft Fonduna daxilolmalar artacaq və valyuta ehtiyatlarımız çoxalacaq".

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?