19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sığortaçılar Assosiasiyası QHT Şurası ilə əməkdaşlıq edəcək

Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası arasında onlayn görüş keçirilib.

ASA-dan bildirilib ki, görüşdə şuranın sədri Azay Quliyev, assosiasiyanın icraçı direktoru Elmar Mirsalayev və qurumların səlahiyyətli nümayəndələri iştirak ediblər. Tədbirdə ASA haqqında məlumat verən E.Mirsalayev sığorta xidmətlərinin mövcud şəraitdə yüksək əhəmiyyətini xüsusi olaraq vurğulayıb.

Şuranın sədri A.Quliyev qurumun fəaliyyətindən, dövlətin qeyri-hökümət təşkilatlarının inkişafı və layihələrin icrası üçün tətbiq etdiyi dəstək mexanizmi haqqında danışıb.

Tərəflər real zaman şərtləri çərçivəsində yerli sığorta bazarında həllini gözləyən məsələlərə və bu istiqamətdə həyata keçirilməsi zəruri olan tədbir və layihələrə də toxunublar.

Görüşün sonunda qurumlar arasında əməkdaşlıq əlaqələrinin qurulması ilə bağlı razılığa gəlinib.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?