19 Fevral 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Xüsusi idarəetmə strukturu neqativ halların qarşısını alacaq

İşğaldan azad edilmiş rayonlarda bir sıra iri infrastruktur layihələrinin icrasına start verilib. Millət vəkili Vüqar Bayramov növbəti mərhələlərdə sosial obyektlərin və evlərin tikintisinə başlanacağını deyib.

"İşğaldan azad edilmiş rayonlarımızın bərpası sistemli şəkildə aparılacaq. Ölkə Prezidentinin tapşırığına əsasən, birinci mərhələdə dəymiş ziyanın qiymətləndirilməsi, daha sonra infrastruktur layihələrinin icrası həyata keçiriləcək. Bundan sonra sosial obyektlərin inşası, yaşayış üçün şəraitin yaradılması və evlərin tikilməsi reallaşacaq.

İşğaldan azad edilmiş ərazilərimizin bərpası zamanı müasir standartlar tətbiq olunacaq və həmin rayonların inkişaf modeli sonradan digər ərazilərimizə transfer ediləcək. Ölkə Prezidentinin tapşırığı ilə işğaldan azad olunmuş ərazilərdə yaradılacaq xüsusi idarəetmə strukturu səmərəli və operativ idarəetmənin həyata keçirilməsinə və neqativ halların qarşısının alınmasına xidmət edəcək. Artıq bir sıra iri infrastruktur layihələrinin, o cümlədən Füzuli Beynəlxalq Hava Limanın tikintisi və Şuşa şəhərinə avtomobil yolunun çəkilməsi ilə bağlı işlərə başlanılıb, elektrik təminatı işləri görülür. Deməli, işğaldan azad olunmuş ərazilərimizə həyatın qayıdacağı gün uzaqda deyil".

VergiXarici ölkə vətəndaşları Azərbaycanda necə VÖEN ala bilərlər? VergiAtası əlil olan şəxsə əmlak vergisinə görə güzəşt verilirmi? VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi