19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Son bir ildə 955 halda əmək qanunvericiliyinin pozulması faktı aşkar edilib

2020-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə vətəndaşlar tərəfindən ərizə formasında daxil olan 10 min 102 müraciət araşdırılaraq cavablandırılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiyalar şöbəsindən verilən məlumata görə, vətəndaşlar əsasən emal, tikinti, topdan və pərakəndə ticarət, avtomobillərin təmiri, ictimai iaşə və s. sahələrdə əmək münasibətləri ilə bağlı müraciət ediblər. Müraciətlərin araşdırılması zamanı 955 halda əmək qanunvericiliyinin tələblərinin yerinə yetirilməməsi faktı aşkar edilib.

Aşkar edilmiş hüquq pozuntularının aradan qaldırılması üçün xidmət tərəfindən qanunvericiliyə uyğun tədbirlər görülüb, həmçinin işəgötürənlərə əmək qanunvericiliyinin müvafiq məsələlərlə bağlı tələblərinə dair ətraflı məlumatlar verilib.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?