11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ani Ödənişlər Sistemində “QR kod”la ödəmə funksionallığı istifadəyə verilib

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən yaradılan Ani Ödənişlər Sistemində (AÖS) “QR kod”la ödəmə funksionallığı istifadəyə verilib.

AMB-dən bildirilib ki, Prezident İlham Əliyevin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində Ani Ödənişlər Sistemi ötən il oktyabrın 1-dən real rejimdə istismara verilib. AÖS-ün yaradılmasında əsas məqsəd fiziki şəxslər, biznes strukturları arasında qarşılıqlı hesablaşmaların, həmçinin dövlət orqanlarının xeyrinə aparılan ödəniş əməliyyatlarının bank hesabları üzərindən 24/7 rejimində mobil telefon nömrəsi, FİN kod, e-poçt ünvanı kimi sadələşdirilmiş identifikatorlar vasitəsilə innovativ ödəniş həllərindən istifadə edilməklə aparılmasının təmin edilməsindən ibarətdir.

Layihənin cari mərhələsində sistemin “AniPay” mobil tətbiqi istismara verilib. Tətbiq vasitəsilə fiziki şəxslər öz bank hesablarından köçürmələri, “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunmuş dövlət orqanları, kommunal təşkilatlar, rabitə operatorları və digər kütləvi xidmət müəssisələri üzrə ödənişləri, həmçinin fiziki şəxslər arasında vəsaitin sorğulanması və aparılmış köçürmənin geri qaytarılması əməliyyatlarını həyata keçirə bilərlər.

Qeyd olunanlarla yanaşı, sistemin yeni istifadəyə verilmiş mobil tətbiqi vasitəsilə Dövlət Vergi Xidməti tərəfindən rəsmi qeydiyyata alınmış e-kassa operatorlarından pilot olaraq seçilmiş “NBA Technologies International” şirkətinin və “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin iştirakı ilə Bakı şəhəri və Abşeron rayonu üzrə “Neptun” supermarket şəbəkələrində malların dəyərini “QR kod” vasitəsilə rahat və təhlükəsiz formada ödəmək imkanı yaradılıb. AÖS-ün platformasında istifadə olunan “QR kod” həlli innovativ nağdsız ödəniş üsuludur. Bu ödəniş üsulunun üstünlükləri ödənişlərin birbaşa bank hesabları üzərindən aparılması və əldə olunan malların dəyərinin ödəniş kartından istifadə etmədən mobil qurğular vasitəsilə həyata keçirilməsidir. Xüsusilə pandemiya şəraitində gündəlik ödənişlərin fiziki təmas olmadan təhlükəsiz formada həyata keçirilməsi üçün “QR kod” effektiv ödəniş həlli hesab olunur. “QR kod” ödəniş həllindən istifadə sahibkarlar üçün də əlverişli şərait yaradır. Belə ki, qəbul edilən ödəniş məbləği real rejimdə təsərrüfat subyektinin bank hesabında əks olunur ki, bu da həmin vəsaitlərdən daha səmərəli, operativ istifadə edilməsini mümkün edir. Sistemin “QR kod” ödəniş həllindən istifadə zamanı kart ödənişləri ilə müqayisədə təsərrüfat subyektləri üçün daha əlverişli xidmət haqqı tətbiq olunmaqla nağdsız ödənişlərin qəbulu imkanı yaradılıb. Eyni zamanda, AÖS-ə inteqrasiya olunmuş bütün banklar öz mobil tətbiqlərində sözügedən “QR kod” ödəniş həllini tətbiq etməklə nağdsız ödənişlərin həyata keçirilməsi imkanını əldə ediblər.

Qeyd edək ki, hazırda AÖS platformasına 18 bank, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi və “Azərpoçt” MMC inteqrasiya olunub. Mərkəzi Bank tərəfindən AÖS-ün əhatə dairəsinin genişləndirilməsi və “QR kod” ödəniş həlli vasitəsilə nağdsız ödənişlərin artırılması istiqamətində tədbirlər davam etdiriləcək.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?