7 Noyabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Azərbaycan İnvestisiya Şirkəti” ASC rebrendinq edib

Azərbaycanın qeyri-neft sektoruna kapital investisiyalarının yatırılması, yüksək əlavə dəyərli layihələrin maliyyələşdirilməsi və dəstəklənməsi ilə məşğul olan "Azərbaycan İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyətində (AİŞ) 2020-ci il ərzində restrukturizasiya həyata keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, restrukturizasiya prosesi çərçivəsində AİŞ-in daxili strukturu təkmilləşdirilib, şirkətin yeni investisiya və risklərin idarə olunması siyasətinin, yeni inkişaf strategiyasının hazırlanması, investisiya portfelinin sağlamlaşdırılması və optimallaşdırılması, həmçinin investisiya qaydalarının, digər normativ sənədlər və prosedurlarının təkmilləşdirilməsi istiqamətində işlərə başlanılıb. Bununla yanaşı, AİŞ rebrendinq edərək, yeni şirkət loqosunu təqdim edib və rəsmi internet səhifəsini (“www.aic.az”) yeni dizaynda istifadəyə verib.

Qeyd edək ki, “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Prezidentinin 2006-cı il 30 mart tarixli “İnvestisiya fəaliyyətinin təşviqi üzrə əlavə tədbirlər haqqında” Sərəncamı ilə yaradılıb. AİŞ-in əsas məqsədi öz vəsaiti hesabına və digər investorları cəlb etməklə Azərbaycanın kommersiya müəssisələrinə müddətli investisiya qoyuluşları etmək və bununla iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişaf etdirilməsinə töhfə verməkdir. AİŞ yerli və xarici investisiyaları, müasir texnologiyaları, “know-how” və elmi yenilikləri Azərbaycana cəlb etməklə, ölkədə rəqabətə davamlı, müasir və səmərəli iqtisadiyyatın inkişafı, habelə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində işini davam etdirir.

VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar? VergiSuvenirlər, aksesuarlar hazırlayan fiziki şəxsin vergi öhdəlikləri VergiRezident ASC qeyri-rezidentin xidmətləri üzrə ödəməli olduğu ƏDV-ni hesablayıb ödəməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan sahibkar 75 faizlik vergi güzəştindən yararlana bilərmi? VergiHansı sahibkarlıq subyektləri xammal və material sərfi normaları barədə vergi orqanına məlumat verməlidir? VergiDaşınmaz əmlakın alğı-satqısı sahəsində fəaliyyəti necə rəsmiləşdirmək olar? VergiQeyri-rezidentdən marketinq xidməti alan MMC bu əməliyyata görə hansı vergiləri ödəməlidir?