24 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Vahid əmək münasibətləri platforması yaradılır

Vahid əmək münasibətləri platforması yaradılır

Dövlət Məşğulluq Agentliyində rəqəmsallaşma istiqamətinə işlər davam edir. Agentliyin idarə heyətinin sədri Mustafa Abbasbəyli bildirib ki, yaxın vaxtlarda tətbiqi nəzərdə tutulan Əmək münasibətləri və məşğulluq altsistemi - ƏMAS ölkədaxili bütün işəgötürənlər və işçilər, eləcə də dövlət qurumları üçün vahid əmək münasibətləri platforması rolununda çıxış edəcəyi gözlənilir.

Yeni sistem əmək müqaviləsinin elektron formada bağlanılması, rəqəmsal kadr uçot sisteminin yaradılması, əməyin təşkili və mühafizəsində beynəlxalq standartların tətbiqi, əməyin ödənilməsində qanunvericiliyin tələblərinin gözlənilməsi və bu sahədə dövlət siyasətinin həyata keçirilməsinin dəstəklənməsində önəmli rol oynayacaq. Altsistemin tətbiqi ilə aşağıdakıların mərhələli şəkildə ləğv edilməsi nəzərdə tutulub:

  • əmək müqavilələrinin kağız forması;

  • əmək kitabçaları;

  • sosial sığorta kartları;

  • işçilərin şəxsi işi anlayışı;

  • kağız üzərində əmrləşmələr;

  • kağız üzərində ezamiyyə vərəqələri;

  • kağız üzərində ştat cədvəlləri;

  • kağız üzərində yazışmalar;

  • fiziki həyata keçirilən yoxlamalar;

  • fiziki cərimə mexanizmi;

  • fiziki həyata keçirilən bütün məşğulluq tədbirləri;

  • digər qeyri-elektron yanaşmalar.

Fərqanə ALLAHVERDİQIZI

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?