1 Oktyabr 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Növbəti özəlləşdirmə hərracı fevralın 16-da keçiriləcək

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac 16 fevral tarixində təşkil ediləcək. Hərraca 27 dövlət əmlakı (kiçik dövlət müəssisə və obyekti) çıxarılacaq. Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə burada tanış ola bilərsiniz: (https://bit.ly/3nTAH1B, https://bit.ly/39JvbJF, https://bit.ly/38UINCO )

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil edilən hərraclarda hər kəsin sərbəst iştirakı təmin edilir. İştirak etmək istəyən şəxslərin seçdikləri dövlət əmlakı üzrə elektron sifariş verməklə yanaşı, hərraclara onlayn qoşulmaq imkanı da yaradılıb. Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də elektron resurslardan istifadə etməklə hərracları qeydiyyatsız formada izləyə də bilərlər.

Keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytına (emlak.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Hərrac günü hər kəs Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək özəlləşdirməyə qoşula bilər.

VergiFrilanser kimi çalışan vergi ödəyicisinin hansı öhdəlikləri yaranır? VergiÖdənişin nağd qəbuluna görə maliyyə sanksiyası hansı məbləğə tətbiq olunur? İqtisadiyyatAYİB Azərbaycanda iqtisadi artım proqnozlaşdırır SosialMəcburi işburaxma dövrü üçün əməkhaqqı məbləğinin hesablanması VergiTexnologiyalar parkının rezidentinin əməkdaşlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİctimai iaşə xidməti göstərən müəssisədə ƏDV-nin geri qaytarılması necə aparılır? İqtisadiyyatYenilənmiş 5 qəpiklik metal pul nişanı tədavülə buraxılıb Vergi20 Yanvar şəhidinin ailə üzvlərinin hansı vergi güzəşti mövcuddur? Vergiİdxalı əvəz edən mal istehsalçıları hansı vergilərdən azaddır? MüsahibələrMahmud Ul-Həssan Xan: “Pakistan şirkətlərinin Azərbaycan iqtisadiyyatına sərmayə qoymaq üçün böyük imkanları var” MÜSAHİBƏ