23 Sentyabr 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Keçən il özəlləşdirmə və icarədən dövlət büdcəsinə 72 milyon manatadək vəsait daxil olub

Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən dövlət əmlakının özəlləşdirilməsində iştirak üçün yaradılan geniş imkanlar prosesin sürətlənməsinə və investisiyaların cəlb olunmasına istiqamətlənib.

Məlum olduğu kimi, 2020-ci il ərzində koronavirus pandemiyası ilə əlaqədar bir sıra sahələrlə yanaşı, dövlət əmlakının özəlləşdirilməsində də bəzi məhdudiyyətlər yaranıb. Belə ki, mart ayından özəlləşdirmə hərracları dayandırılıb, avqustdan isə yenidən bərpa olunub.

Dövlət Xidmətindən bildirilib ki, 2020-ci ildə 47 hərrac keçirilib. Hərraclarda 5 səhmdar cəmiyyətin səhm paketi, 24 kiçik dövlət müəssisəsi, 2 qeyri-yaşayış sahəsi, 3 yarımçıq tikili və 100 nəqliyyat vasitəsi özəlləşdirilib.

İnnovasiyaların və elektron üsulların tətbiqi, prosedurların daha da sadələşdirilməsi özəlləşdirmə prosesində səmərəliliyin və vətəndaş məmnunluğunun yüksəlməsinə səbəb olub. Belə ki, ötən il hərraca çıxarılmış dövlət əmlakı üzrə 53 elektron sifariş qəbul edilib, 5 dövlət əmlakı “Elektron hərrac” xidməti vasitəsilə özəlləşdirilib.

Keçən il ərzində qeyri-yaşayış sahələrinin icarəyə verilməsi üzrə 258 müqavilə bağlanıb, 320 icarə müqaviləsinin müddəti uzadılıb. Müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri üzrə isə ümumilikdə 160 icarə müqaviləsi bağlanıb, 4 icarə müqaviləsinin müddəti artırılıb.

2020-ci ildə özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 61,5 milyon manat təşkil edib və illik proqnoz 99,2 faiz icra olunub. Dövlət əmlakının icarəsindən isə büdcəyə 10,3 milyon manat ödənilib və illik proqnoza 128,8 faiz əməl edilib.

Ümumilikdə, ötən il dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsindən dövlət büdcəsinə 71,8 milyon manat vəsait daxil olub və illik proqnoz 102,6 faiz yerinə yetirilib. Bununla yanaşı, Azərbaycan Prezidentinin 2020-ci il 19 mart tarixli və Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli Sərəncamlarına əsasən, dövlət əmlakına dair bağlanmış icarə müqavilələri üzrə sahibkarlara 1,35 milyon manat həcmində güzəşt tətbiq olunub.

Vergi20 Yanvar şəhidinin ailə üzvlərinin hansı vergi güzəşti mövcuddur? Vergiİdxalı əvəz edən mal istehsalçıları hansı vergilərdən azaddır? MüsahibələrMahmud Ul-Həssan Xan: “Pakistan şirkətlərinin Azərbaycan iqtisadiyyatına sərmayə qoymaq üçün böyük imkanları var” MÜSAHİBƏ İqtisadiyyatSinqapurun “Trafigura Pte Ltd” şirkəti ilə anlaşma memorandumları imzalanıb VergiXaricdən əldə edilən gəlirlər üzrə kameral vergi yoxlamasının müddəti nə qədərdir? İqtisadiyyatSahibkar Vüqar Məmmədov: “Ölkədə sahibkarlıqla məşğul olmaq üçün hər cür şərait yaradılıb” İqtisadiyyatİqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib VergiHansı hallarda ali təhsil alan tələbələrin valideynlərinə vergi güzəşti tətbiq olunur? VergiTibbi xidmətlərə görə nağd ödənişlərin qəbul edilməsi hansı maliyyə sanksiyasına səbəb olur? Ekspert RəyiVergi ödəyicisinə arayışın təqdim edilməməsinə görə maliyyə sanksiyasının tətbiq edilməsi