19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı 12,5 faiz artıb

2020-ci ildə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 37,1 milyard manatlıq və ya 2019-cu illə müqayisədə 5 faiz az sənaye məhsulu istehsal edilib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, lakin sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı 12,5 faiz artıb. Sənaye məhsulunun 32,5 faizi emal sektorunda istehsal olunub. Bu sektorunda əczaçılıq məhsullarının istehsalı 10,7 dəfə, elektrik avadanlıqlarının istehsalı 9,6 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 67,4 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 47 faiz, kağız və karton istehsalı 36,9 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 35,7 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 34,5 faiz, geyim istehsalı 32,7 faiz, kimya sənayesi məhsullarının istehsalı 20,5 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 13,5 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 11,9 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 7,4 faiz, hazır metal məmulatlarının istehsalı 7,3 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 4,7 faiz artıb.
Tikinti materiallarının istehsalı 0,1 faiz, qida məhsullarının istehsalı 2,1 faiz, poliqrafiya məhsullarının istehsalı 2,3 faiz, neft məhsullarının istehsalı 3,6 faiz, maşın və avadanlıqların istehsalı 5,1 faiz, tütün məmulatlarının istehsalı 7,9 faiz, içkilərin istehsalı 13,7 faiz, mebel istehsalı 26,2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 41,3 faiz azalıb.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?