26 Aprel 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi iqtisadiyyatın inkişafına təkan verəcək

Ölkə Prezidentinin fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılmış publik hüquqi şəxs – Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi beynəlxalq təşkilatlarla əməkdaşlığı və bu sahədə əlaqələndirməni, habelə rəqəmsal iqtisadiyyat üzrə çağırışların, təşəbbüslərin, strategiyaların və layihələrin təhlilini və koordinasiyasını həyata keçirəcək.

İqtisadçı ekspert, professor Elşad Məmmədov qeyd edib ki, dünya iqtisadiyyatında yaranmış problemlər, çağırışlar, risklər müxtəlif ölkələri yeni idarəetmə qərarlarının tətbiqinə sövq edir: “Bu nöqteyi-nəzərdən Azərbaycanda da institusional islahatların aparılması labüddür.

Dünya iqtisadiyyatında yeni texnoloji strukturun formalaşması, yeni iqtisadi inkişaf sahələrinin mövqeləşməsi ilə bağlı proseslər gedir. Hüceyrə texnologiyaları, biotexnologiyalar, süni intellekt, iqtisadiyyatda rəqəmsallaşma aktiv şəkildə tətbiq edilməkdə, sürətli nəqliyyat xətləri istismara verilməkdədir. Belə bir şəraitdə Azərbaycan da yeniçağırışlara adekvat reaksiya verməlidir. Bu çağırışlariqtisadiyyatın inkişafı üçün böyük üstünlüklər verir. Bunlar iqtisadi proseslərin sürətlənməsinə, şəffaflaşlmasına, iqtisadi inkişafa təkan verən məsələlər olmaqla yanaşı, həm də yeni risklər yaradır. Yeni risklərlə, o cümlədən kibertəhlükəsizliklə bağlı bir sıra peşələrin faktiki olaraq meydandan çəkilməsi sosial problemlərın, işsizliyin ortaya çıxmasına səbəb olur ki, bu cür məsələlərin həlli istiqamətində dövlətin adekvat siyasəti olmalıdır. Bu baxımdan, ölkəPrezidentinin çevik şəkildə formalaşan çağırışlara reaksiya verməsi, şübhəsiz, Azərbaycan üçün yeni imkanlar açır. Hesab edirəm ki, dünya iqtisadiyyatında baş verən proseslərə çevik reaksiya verilməsi və yeni qurumun yaradılması, bu qurumun fəaliyyətinin adekvat şəkildə həyata keçirilməsi ölkə iqtisadiyyatınıninkişafına ciddi təkan verəcək”.

Fərqanə Allahverdiqızı

VergiVÖEN yenidən aktivləşdikdə vergi ödəyicisinin hansı öhdəlikləri yaranır? VergiMüəlliflik hüququndan istifadəyə görə verilən royalti ödənişlərindən vergi tutulurmu? VergiFəaliyyətini müvəqqəti dayandıran vergi ödəyicisinin öhdəlikləri Vergiİşçilərin yemək xərcləri üçün ödənilən ƏDV məbləği əvəzləşdirilirmi? VergiTəlimçi kimi xidmət göstərən fərdi sahibkar 75 faizlik güzəştdən yararlana bilərmi? VergiDaimi iş vaxtı yolda keçən işçilərə ödənilən əlavə vəsaitlər vergiyə cəlb olunurmu? VergiƏcnəbi vətəndaşlar üçün vergi güzəşti VergiMəkləbli ləvazimatları satan vergi ödəyicisinin gəlirdən çıxılan xərcləri VergiHüquqi şəxsin tərkibindən başqa bir hüquqi şəxsin ayrılması zamanı zəruri prosedurlar VergiRezidentin partnyorlara ödədiyi nəqliyyat və yemək xərclərinin gəlirdən çıxılması necə tənzimlənir?