15 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan məhsulları “Global Village” Beynəlxalq Yarmarkasında

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə səfər çərçivəsində hər il ənənəvi olaraq keçirilən “Global Village” Beynəlxalq Yarmarkasında “Azərbaycan” pavilyonunda olub.

KOBİA və Dubay şəhərindəki Azərbaycan Ticarət Evinin təşkilatçılığı, ölkəmizin Birləşmiş Ərəb Əmirliklərindəki Ticarət Nümayəndəliyinin dəstəyi ilə “Azərbaycan” pavilyonunda bir sıra yerli şirkətlərin məhsulları – meyvə-tərəvəz, meyvə şirələri, kompotlar, bal, çay, mürəbbə, şirniyyat, konservləşdirilmiş məhsullar, xalçalar, kəlağayı, milli suvenirlər və s. “Made in Azerbaijan” brendi ilə nümayiş olunur.

Sərgi ilə tanışlıq çərçivəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovun “Global Village” sərgisinin rəhbər şəxsləri ilə görüşündə “Azərbaycan” pavilyonuna ziyarətçilər tərəfindən böyük marağın olduğu, növbəti illərdə pavilyonun genişləndirilməsi potensialı vurğulanıb.

Qeyd edək ki, 1996-cı ildən təşkil olunan “Global Village” hazırda dünyanın ən böyük beynəlxalq yarmarkalarından hesab olunur. Hər il oktyabr ayından növbəti ilin aprel ayınadək təşkil olunan yarmarkada KOBİA-nın dəstəyi ilə Azərbaycan şirkətləri 2019-cu ildən təmsil olunur.

VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı?