17 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Tikintiyə icazə proseduru elektronlaşdı

Tikintiyə icazə proseduru elektronlaşdı

Dövlət Tikinti və Şəhərsalma Komitəsi "ASAN xidmət"lə birlikdə "Ekspertizanın keçirilməsi tələb olunmayan tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi" üçün elektron sistem yaradıb. Sistemə müraciət edildikdən 10 gün ərzində istismara icazə almaq mümkün olacaq. Sahəsi kiçik olan birmərtəbəli, aşırımlarının uzunluğu böyük olmayan binaların isə istismara qəbul prosedurundan keçməsi tələb edilmir.

Dövlət Komitəsinin aparat rəhbəri Anar Quliyev bildirib ki, Azərbaycan tikintiyə icazə indikatoru üzrə "Doing Business" sistemində 100 pillə irəliləyib. Qeyd edib ki, təsdiq edilən yeni qayda ilə tikintiyə icazə üzrə tələb edilən sənədlərin sayı 18-dən 7-yə, xərclər isə 6.700 manatdan 1.500 manata düşüb. Həmçinin icazənin alınması üçün vaxt 116 gündən 35 günə endirilib. Tikintiyə icazə prosedurunun sadələşdirilməsində məqsəd sahibkarlarla məmur arasında birbaşa əlaqəni minimuma endirmək, bu sahədə şəffaflığı təmin etməkdir. O da diqqətə çatdırılıb, ekspertiza tələb olunan tikililərin qeydiyyatı ilə bağlı proseslər də tədricən elektronlaşdırılacaq.

VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər?