24 Aprel 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İşğaldan azad edilmiş ərazilərin inkişafında yerli və beynəlxalq təcrübədən istifadə zəruridir

Prezident İlham Əliyevin tapşırığı ilə aidiyyəti qurumlar, o cümlədən İqtisadiyyat Nazirliyi tərəfindən işğaldan azad olunan ərazilərin bərpası ilə bağlı sosial-iqtisadi konsepsiya hazırlanıb. Bu mövzu ictimaiyyətin də diqqət mərkəzindədir. Bakı Mühəndislik Universitetinin dosenti Həzi Eynalov işğaladan azad edilmiş ərazilərdə aparılacaq işlər barədə mülahizələrini bölüşür.

Müstəqillik dövründə ölkəmizin aqrar sahədə əldə edilən təcrübələrinin işğaldan azad edilmiş rayonlara transfer edilməsi, orada sahibkarlıq fəaliyyətlərinin təşviq edilməsi üçün xüsusi dəstəkləmə proqramlarınınhəyata keçirilməsi, heyvandarlıq və bitkiçilik sahəsində zəruri infrasturktur qurulması kimi məsələlər prioritet əhəmiyyətə malikdir.

İşğaldan azad olunmuş ərazilərdə məskunlaşan əhalinin iri və xırdabuynuzlu heyvanlarla təmin olunması, arıçılıq təsərrüfatlarının yaradılması, rayonlara görə ixtisaslaşmanın yenidən dəqiqləşdirilməsi aqrar sahənin inkişafı baxımından atılacaq addımlardır. Həmin ərazilərdə kənd təsərrüfatının inkişafı, ilk növbədə, ölkənin ərzaq təhlükəsizliyinin, məşğulluğun təminatına töhfə verəcək, yeni investisiyaların cəlb edilməsinə və su ehtiyatlarının istifadəsinə imkan yaradacaq. Bu proses qeyri-neft məhsullarının ixracının artmasına səbəb olacaq, əkin dövriyyəsi artacaq, əkin sahələrinin təsərrüfat suyu ilə təmin olunmasını yaxşılaşdıracaq.

İşğaldan azad olunmuş ərazilərin inkişafı istiqamətində beynəlxalq təcrübənin istifadəsi də əhəmiyyətlidir. BMT-nin FAO təşkilatının İraq və Əfqanıstanda müharibədən sonrakı dövrdə aqrar sahədə iri həcmli layihələr həyata keçirmək təcrübəsi var. Kənd təsərrüfatı sahəsində dayanıqlığın və bərpanın təmin edilməsi, deqradasiya olunmuş torpaqların bərpası və su ehtiyatlarından daha səmərəli istifadə, kiçik fermer təsərrüfatlarının davamlı məhsuldarlığının təmin edilməsi kimi layihələrdən əldə edilmiş təcrübələrin ölkəmizdə də istifadə imkanlarını qiymətləndirmək mümkündür.

İşağaldan azad olunmuş ərazilərin heyvandarlıq potensialı çox yüksəkdir. Dövlətin dəstəyi ilə damazlıq heyvan cinslərinin artırılması üçün təsərrüfatların yaradılması, ailə başçısını itirmiş qadınlar üçün heyvandarlıq layihələrinin hazırlanması, qoyunçuluğun inkişafı üçün cins heyvanların ayrılması, arıçılığın inkişafı, otlaq sahələrinə uyğun xırdabuynuzlu kooperativ və təsərrüfatların yaradılması kimi tədbirlər reallaşdırıla bilər.

Aqrar sahənin inkişafı üçün texniki avadanlıqlar olduqca vacibdir. Kənd təsərrüfatı texnikalarının endirimli satışının maliyyələşdirilməsi, əkin işləri üçün hazırda pambıqçılıqda tətbiq olunan “Müqaviləli istehsal” modelinin tətbiqi (şirkət seçilməsi, xərcləri şirkətin qarşılaması və məhsul yığımında hesablaşma), muasir və ağıllı texnologiyalarından istifadə imkanlarını genişləndirmək (traktor, dron və s.) kimi tədbirlər dövlətin diqqət mərkəzində olacaq.

İşğaldan azad edilmiş ərazilərdə xüsusi inkişaf agentliklərinin təşkili (məsələn, Türkiyə təcrübəsi əsasında), müxtəlif rayonlarda əldə edilmiş intensiv bağçılıq təcrübəsinin ərazidə geniş tətbiqi, münaqişə zonasına yaxın olan ərazilər üzrə risk cədvəlinin (xəritəsinin) hazırlanması, aqrar sığortanın tətbiq edilməsi, Xüsusi İnkişaf Fondunun yaradılması (kənd təsərrüfatı sektoru da daxil olmaqla), ərazilərə investisiyanın cəlb edilməsi üçün tədbirlər planın hazırlanması, beynəlxalq donorlar tərəfindən ərazilərdə həyata keçiriləcək layihələrin dövlət strategiyalarına uyğunlaşdırılması, əhalinin həssas qrupları və ailə başçını itirmiş ailələr üçün inkluziv layihələrin həyata keçirilməsi, iş adamlarının investisiya qoymağa təşviq edilməsi və onlara xüsusi imtiyazların verilməsi, suvarma layihələrinin həyata keçirilməsi, orqanik kənd təsərrüfatının dəstəklənməsi kimi fəaliyyətlər də işğaldan azad edilmiş ərazilərimizin bərpası zamanı nəzərə alına bilər.

Kənd təsərrüfatı baxımından mühüm potensiala malikərazilərin inkişafı Azərbaycanın regionda iqtisadi baxımdan daha da güclənməsində və iqtisadi təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayacaq.

VergiFiziki şəxs öz istifadəsi üçün ət idxalı zamanı ödədiyi ƏDV-ni əvəzləşdirə bilərmi? VergiDividendlərə tətbiq edilən vergi güzəşti ilkin emissiyadan sonra öz aralarında alğı-satqı edən fiziki şəxslərə aiddirmi? VergiMikro sahibkarlıq subyektlərinə hansı güzəşt tətbiq edilir? Vergi“Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək VergiNaxçıvanda 1,5 mindən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb VergiMüharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏDV-nin müvafiq hissəsi geri qaytarılmadıqda nə etməli? VergiOnlayn ticarətlə məşğul olan fiziki şəxsin hansı vergi öhdəlikləri yaranır? VergiYeni nəsil NKA-lar vasitəsilə dövriyyə 5,3 mlrd. manatdan çox olub VergiMənzil alınarkən ƏDV-nin geri qaytarılması bütün MTK-lara şamil olunur?