11 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Əmlak Məsələləri Dövlət Xidməti Coğrafi İnformasiya Sistemləri (CİS) sahəsində ABŞ şirkəti ilə əməkdaşlıq edəcək

Əmlak Məsələləri Dövlət Xidməti Coğrafi İnformasiya Sistemləri (CİS) sahəsində ABŞ şirkəti ilə əməkdaşlıq edəcək

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə ABŞ-ın “ESRI” şirkəti arasında Coğrafi İnformasiya Sistemləri (CİS) sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Onlayn formatda keçirilən tədbirdə İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf Azərbaycanda iqtisadi və coğrafi informasiya sahəsi üzrə həyata keçirilən tədbirlər barədə məlumat verib və “ESRI” şirkəti ilə əməkdaşlığın genişləndiriləcəyini diqqətə çatdırıb.

“ESRI” şirkətinin nümayəndəsi Sohail El Abd təmsil etdiyi şirkətin fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, hazırda dünyada Coğrafi İnformasiya Sistemləri (CİS) 50%-dən çoxu bu şirkətə məxsus texniki platformalarda hazırlanır və şirkət dünyanın 73 ölkəsi ilə bu istiqamətdə əməkdaşlıq edir. Sohail El Abd regionun sürətlə inkişaf edən ölkəsi olan Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov Xidmətin daşınmaz əmlak idarəçiliyi sahəsində Torpaqların Elektron Kadastr Uçotu və Ünvan Reyestri informasiya sistemlərinin istismara verildiyini, hazırda milli məkan məlumatlarının formalaşdırılması, müvafiq informasiya sisteminin yaradılması və onun Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Rüstəm Şahbazov layihələrin qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, peşəkar İT həllərinə əsaslandığını və bu baxımdan “ESRI” şirkəti ilə imzalanan Anlaşma Memorandumunun önəmini vurğulayıb.

VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi?