17 Noyabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi sahibkarlıq subyektlərinə müraciət edib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) menecment sahəsində beynəlxalq ixtisasartırma kursu keçmək istəyən sahibkarlıq subyektlərinə müraciət edib.
KOBİA-dan bildirilib ki, Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı koronavirus (COVID-19) pandemiyası səbəbindən onlayn formatda davam etdirilir. Proqramın Azərbaycan üzrə əlaqələndiricisi olan KOBİA 2021-ci ildə keçiriləcək “İqtisadi kooperasiya” üzrə virtual ixtisasartırma kursunda iştirak etmək istəyən sahibkar və menecerlər üçün müsabiqə elan edir. İngilis dilində təşkil olunacaq ixtisasartırma kursunda menecment sahəsində peşəkar təlimçilər tərəfindən iştirakçılar üçün praktiki idarəetmə vərdişlərinin qazanılması məqsədilə treninqlər, alman şirkətləri ilə virtual formatda təcrübə mübadiləsi və işgüzar görüşlər təşkil ediləcək. İxtisasartırma kursunu uğurla başa vuracaq iştirakçılara beynəlxalq sertifikat veriləcək. Proqramda iştirak ödənişsizdir.
Virtual ixtisasartırma kursunda iştirak etmək istəyən sahibkar və menecerlər müvafiq sənədləri noyabrın 22-dək elektron qaydada KOBİA-ya təqdim etməlidir. İxtisasartırma kursunun iştirakçıları Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) mütəxəssisləri tərəfindən onlayn müsabiqə vasitəsilə seçiləcək. Proqram haqqında, eləcə də ixtisasartırma kursunda iştirak etmək üçün lazımi sənədlər barədə məlumatı KOBİA-nın “www.smb.gov.az” saytından əldə etmək olar: https://bit.ly/389xFlo

VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar? VergiSuvenirlər, aksesuarlar hazırlayan fiziki şəxsin vergi öhdəlikləri VergiRezident ASC qeyri-rezidentin xidmətləri üzrə ödəməli olduğu ƏDV-ni hesablayıb ödəməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan sahibkar 75 faizlik vergi güzəştindən yararlana bilərmi?