15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

TİKA işğaldan azad olunmuş rayonlarda KOB sektorunun inkişafında maraqlıdır

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Azərbaycanın işğaldan azad olunmuş rayonlarında KOB sektorunun inkişafında və məşğulluğun artırılmasında maraqlıdır.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, qurumun idarə heyətinin sədri Orxan Məmmədov TİKA-nın Bakı nümayəndəliyinin əlaqələndiricisi Teoman Tiryaki ilə görüşüb. KOBİA və TİKA arasında KOB sahəsində əməkdaşlıq imkanlarının müzakirə olunduğu görüşdə O.Məmmədov agentliyin fəaliyyəti, KOB-lara ümumilikdə və pandemiya dövründə göstərilən dövlət dəstəyi tədbirləri, bu sahədə KOBİA-nın gördüyü işlər barədə məlumat verib. O, həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Türkiyənin müvafiq qurumları ilə də uğurla əməkdaşlıq etdiyini vurğulayıb. Azərbaycanın və Türkiyənin müvafiq qurumlarının iştirakı və dəstəyi ilə Cəbrayıl rayonunun erməni işğalından azad edilmiş Cocuq Mərcanlı kəndində həyata keçirilən layihələr xüsusilə qeyd olunub.
KOBİA-nın sədri sentyabrın 27-dən etibarən Ermənistanın Azərbaycana qarşı hərbi təxribatının ölkə əhalisi, mülki infrastruktur və sahibkarlar üçün ağır nəticələri barədə məlumat verərək Türkiyənin ölkəmizə dəstəyinin yüksək qiymətləndirildiyini deyib.
Görüşdə TİKA ilə birgə ölkə regionlarında, o cümlədən işğaldan azad edilmiş rayonlarda KOB sektorunun inkişafı və məşğulluğun artırılması istiqamətlərində, eləcə də sosial sahibkarlıq və həssas kateqoriyadan olan sahibkarlar üçün birgə layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?