15 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İşğaldan azad olan ərazilərdə yeni infrastruktur qurulur

Azərbaycan hökuməti işğaldan azad olunan torpaqlarda quruculuq fəaliyyətinə başlayıb.

İqtisadçı Toğrul Vəliyev həftə ərzində açıqlanan məlumatlara əsaslanaraq bu fəaliyyətlərlə həm orduya logistik dəstək verildiyini, həm də gələcək üçün təməl qoyulduğunu bildirib:

– Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolunun bərpasına başlayıb. Yolun ümumi uzunluğu 29 kilometrdir. Hərəkət hissəsinin eni 6 metr, çiyinlərin eni isə hər bir istiqamət üzrə 2 metr olmaqla yol yatağının eni 10 metr təşkil edəcək;

– Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Beyləqan Subartezian Quyularının İstismar İdarəsi Cəbrayıl rayonun Daşkəsən kəndindəki subartezian quyusunu təmir-bərpa edib. Bərpa işləri zamanı subartezian quyusunda kabel, nasos, boru, elektrik və mühafizə şiti qurulub. Mühafizə çəpəri çəkilib və rənglənib. Subartezian quyusu təxminən 3-4 hektar ərazidə yerləşən binaları su ilə təmin edir.

– “Azərişıq” ASC işğaldan azad edilmiş ərazilərdə xüsusi əhəmiyyət kəsb edən strateji obyektlərin elektrik təchizatının təcili təmin olunması üçün “Azərişıq” Qarabağda” layihəsi çərçivəsində təxirəsalınmaz tədbirlər həyata keçirir. Azad olunan ərazilərdə yeni güc mərkəzlərinin yaradılması, ən müasir texnologiyalardan, elektron tipli rele mühafizəsi və avtomatika sistemlərini, məsafədən dispetçer idarəetmə sistemini tətbiq etməklə 110, 35 və 0,4 kilovoltluq şəbəkələrin yaradılması, ÖİN naqillərdən istifadə etməklə 35 və 0,4 kilovoltluq elektrik verilişi xətlərinin çəkilməsi üzrə layihələr hazırlanıb, həmin layihələrin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulub;

– “Azercell Telekom” MMC elan edib ki, işğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturun qurulmasına başlayıb və orada dördüncü nəsil LTE radio baza stansiyalarını quraşdırmaqdadır. “Nar” elan edib ki, daxili layihələndirmə işlərini tamamlayıb. “Bakcell” isə cəbhəyanı səyyar stansiyalardan istifadə edir və eyni zamanda yaxın zamanlarda stansiya tikilməsini planlaşdırır;

Yeri gəlmişkən, keçmişdə işğaldan azad olunmuş, amma atışma altında qalan kəndlərdə də bərpa işləri həyata keçirilir. Misal üçün, sentyabrın əvvəli Cəbrayıl rayon İcra Hakimiyyəti kotirovka sorğusu elan etmişdi. Sorğuya görə Cocuq Mərcanlı kəndində “kəndarası yollarda təmir işlərinin aparılması” nəzərdə tutulurdu. Bu sorğunun nəticələri oktyabrın 2-də elan olunub. Muğan-RB MMC şirkəti bu işlər üçün 19 min 961,28 manat alacaq.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?