11 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Muzdla çalışanların 768,6 min nәfәri iqtisadiyyatın qeyri-dövlәt sektorunda işləyir

Sentyabrın 1-i vәziyyәtinә ölkədə muzdla çalışan işçilәrin sayı 1 milyon 670,9 min nәfәr, o cümlәdәn iqtisadiyyatın dövlәt sektorunda 902,3 min nәfәr, qeyri-dövlәt sektorunda isә 768,6 min nәfәr tәşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda 34 min nәfәr, qeyri neft-qaz sektorunda isә 1 milyon 636,9 min nәfәr çalışıb. Müәssisә vә tәşkilatlarda muzdla çalışan işçilәrin 24,9 faizi mәhsul istehsalı sahәlәrindә, o cümlәdәn 8,3 faizi tikintidә, 7,7 faizi emal sәnayesindә, 3,4 faizi kәnd tәsәrrüfatı, meşә tәsәrrüfatı vә balıqçılıq sahәlәrindә, 2,1 faizi mәdәnçıxarma sәnayesindә, 1,7 faizi su tәchizatı, tullantıların tәmizlәnmәsi vә emalı, 1,7 faizi elektrik enerjisi, qaz vә buxar istehsalı, bölüşdürülmәsi vә tәchizatı sahәlәrindә mәşğul olub. Xidmәt sahәsindә işlәyәnlәrin 19,4 faizi tәhsil, 18,3 faizi ticarәt, nәqliyyat vasitәlәrinin tәmiri, 8,2 faizi әhaliyә sәhiyyә vә sosial xidmәtlәrin göstәrilmәsi, 6,6 faizi dövlәt idarәetmәsi vә müdafiә, sosial tәminat, 4,5 faizi nәqliyyat vә anbar tәsәrrüfatı, 4,4 faizi inzibati vә yardımçı xidmәtlәrin göstәrilmәsi, 3,4 faizi peşә, elmi vә texniki fәaliyyәt, 3,3 faizi istirahәt, әylәncә vә incәsәnәt, 1,7 faizi informasiya vә rabitә, 1,7 faizi maliyyә vә sığorta fәaliyyәti, 1,5 faizi turistlәrin yerlәşdirilmәsi vә ictimai iaşә, 1,1 faizi digәr sahәlәrdә xidmәtlәrin göstәrilmәsi vә 1 faizi daşınmaz әmlakla әlaqәdar әmәliyyatlar sahәlәrindә çalışıblar.

Cari ilin yanvar-avqust aylarında bir işçiyә düşәn orta aylıq işlәnmiş iş saatlarının miqdarı 133,7 saat tәşkil edib.

VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir?