7 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Neft-qaz sektoruna investisiyalar 15 faizdən çox artıb

Yanvar-sentyabr aylarında neft-qaz sektoruna 4 milyard 391,2 milyon manat yönəldilib. Keçən ilin eyni dövrü ilə müqayisədə neft-qaz sektoruna yatırılmış investisiyalar 15,2 faiz artıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, 9 ayda neft-qaz sektorunda 15 milyard 754,4 milyon manatlıq məhsul istehsal olunub. Sənayenin bu sektorunda məhsul istehsalı əvvəlki ilin eyni aylarına nisbətən 6,1 faiz azalıb. Neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər isə 6,4 faiz geriləyib.

Sənaye məhsulunun 60,1 faizi mədənçıxarma sektorunda istehsal edilib. Sentyabrda sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki ayla müqayisədə 93,4 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 91,7 faiz olub.

Sentyabrın 1-nə iqtisadiyyatın neft-qaz sektorunda 34 min nəfər çalışıb. Yanvar-avqust aylarında neft-qaz sektorunda nominal əməkhaqqı isə 3443,8 manat təşkil edib.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?