11 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Səfər Mehdiyev: "Uçot sisteminin qurulması ilə "kölgə iqtisadiyyatı"na ən böyük zərbəni vurduq"

"Vergilər. Şəffaflıq. İnkişaf" mövzusunda keçirilən forumda çıxış edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib ki, vergi, gömrük sahəsində sahibkarları maraqlandıran bir çox məsələlərlə - şəffaflığın təmin olunması, uçotun aparılması, elektron idarəetmə sistemlərinin təkmilləşdirilməsi ilə bağlı coxsaylı müzakirələr aparılıb: "İlk növbədə uçotun təşkili ilə bağlı ötən il çox ciddi layihələr həyata keçirdik. Cənab Prezidentin bu sahədə vermiş olduğu sərəncama uyğun olaraq, sahibkarlarımıza münbit şəraitin yaradılması ilə yanaşı, uçotun qurulması və elektron uçot sisteminin onlayn şəkildə Vergilər Nazirliyi və Gömrük Komitəsi arasında inteqrasiyasına nail olduq. Nəticədə ticarət dövriyyəsinin artımına nail olmaqla yanaşı, uçot sisteminin qurulması ilə "kölgə iqtisadiyyatı"na ən böyük zərbəni vurduq. Malların və nəqliyyat vasitələrinin düzgün qiymətləndirilməsi və idarə edilməsi, "kölgə iqtisadiyyatı" ilə bağlı köklü islahatlar nəticəsində 1 milyard manatdan artıq vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin olundu. Bütün bu uğurların kökündə şəffaflıq dayanır".

Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?