19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

2045-ci ilədək bərpaolunan enerji mənbələri üzrə tələbat ildə orta hesabla 6,6 faiz artacaq

2045-ci ilə qədər bərpaolunan enerji mənbələri üzrə tələbat hər il orta hesabla 6,6 faiz artacaq.

Bbu barədə 2045-ci ilədək qlobal iqtisadiyyat, neft və enerji tələbatı və tədarükü üzrə orta və uzunmüddətli proqnozları özündə cəmləşdirən OPEC-in “Dünya Neft Görünüşü 2020” hesabatında deyilir.

Bildirilir ki, 2045-ci ilədək qlobal enerji qarışığında günəş, külək və jeotermal kimi bərpaolunan enerji mənbələri ən çox artan enerji növləri olmaqda davam edəcək. Bu enerji mənbələrində tələbat hər il orta hesabla 6,6 faiz artaraq gündəlik 25 milyon barrel neft ekvivalentinə bərabər yüksələcək. Bərpaolunan enerji mənbələri bu artım sürəti ilə bütün digər enerji növlərini üstələyəcək.

Hesabat dövründə elektrik enerjisi istehsalındakı artım əsas enerji tələbatındakı artımdan çox yüksək olacaq. Əsas enerji tələbatının ildə orta hesabla 0,9 faiz artacağı gözlənilir. Elektrik enerjisi istehsalı isə ildə orta hesabla 2,2 faiz artacaq.

VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?