19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Paytaxtda iqtisadiyyatın şaxələndirilməsi üzrə əsas hədəflər açıqlanıb

Bakıda iqtisadiyyatın şaxələndirilməsi üzrə əsas hədəflər açıqlanıb.

Bu barədə ictimaiyyətə təqdim olunan Bakı şəhərinin Baş planının layihəsində deyilir.

Baş planda qeyd olunur ki, Bakı şəhəri Azərbaycanın iqtisadi inkişafında mühüm rol oynayır. Ölkənin insan, maddi, maliyyə və elmi-mədəni resurslarının əhəmiyyətli hissəsi məhz bu ərazidə yerləşir. Uzunmüddətli perspektivdə ölkə və paytaxt iqtisadiyyatının neft-qaz sənayesindən asılılığını azaltmaq və beynəlxalq arenada şəhərin investisiya cəlbediciliyini və fəaliyyət əlverişliliyini təmin etmək üçün şəhər iqtisadiyyatının şaxələndirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Əsas hədəflər aşağıdakılardır:

- Bakı şəhərinin iqtisadiyyatının əsasını təşkil edən formalaşmış ənənəvi sənaye sahələrinin təkmilləşdirilməsi və modernləşdirilməsi;

- iqtisadiyyatın şaxələndirilməsini təmin edəcək yeni sektorların və təsərrüfat fəaliyyəti sahələrinin inkişaf etdirilməsi, postsənaye dövrünə keçidin təmin olunması;

- Baş planın icrası çərçivəsində yaradılacaq yeni iş yerləri üçün tələb olunan ərazi ehtiyatlarının müəyyənləşdirilməsi və məşğulluq potensialının qiymətləndirilməsi;

- Yeni iqtisadi fəaliyyət sahələrinin təşkili və onların yerləşməsinin çoxmərkəzli şəhər inkişafı ilə uyğunlaşdırılması.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?