19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İpoteka girovlarının qiymətləndirilməsi və onların satışını tənzimləyən bəzi məcəllələr və qanunların bir sıra maddələrində tənzimlənmə və təkmilləşmə ilə bağlı işçi qrupun növbəti iclası olub

Sentyabrın 25-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi tərəfindən Azərbaycan Respublikasının Mülki və Vergi məcəllələrinin, “İpoteka haqqında” və “İcra haqqında” qanunların bəzi müddəalarının tənzimlənməsi məqsədilə yaradılmış işçi qrupun iclası keçirilib.

İclasda işçi qrupun üzvləri - İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, komitənin sədr müavini Əli Məsimli, deputatlardan Mahir Abbaszadə, Vüqar Bayramov, Aydın Hüseynov, ekspertlər qismində dəvət olunmuş Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru Tural Piriyev, İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyəti sədrinin müavini Rəhman Hümmətov iştirak ediblər.

İclasda komitə sədri Tahir Mirkişili çıxış edərək deyib ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il 23 iyul tarixli qərarı ilə ipoteka saxlayanın məhkəmə qaydasında təmin olunmuş tələbi əsasında keçirilmiş təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı sadələşdirilmiş verginin ödənilməsi qaydalarının adı çəkilən qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla tənzimlənməsi Milli Məclisə tövsiyə olunub.

Diqqətə çatdırılıb ki, məsələ ilə bağlı yaradılmış işçi qrupun İqtisadiyyat və Ədliyyə nazirliklərinin, Azərbaycan Banklar Assosiasiyasının nümayəndələri ilə birgə ilk görüşü olub, müzakirələr aparılıb. Müzakirələr zamanı səsləndirilən təkliflər nəzərə alınaraq, hazırda müvafiq qanunların təkmilləşdirilməsi istiqamətində iş aparılır. Burada məqsəd bu sahədə olan qeyri-müəyyənliyin aradan qaldırılması, o cümlədən vətəndaşların kredit götürdükləri zaman qoyduğu girovun, daşınmaz əmlakın satışının şəffaf, əlçatan olması, bankların toksik aktivlərdən azad olunmasına dəstək olmaqdır.

İclasda iştirak edən Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru Tural Piriyev, İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyəti sədrinin müavini Rəhman Hümmətov məsələ ilə bağlı fikirlərini bildiriblər. Ekspertlər ipoteka kreditlərinin götürülməsi, əmlakın girov qoyulması, mülkiyyətin qiymətləndirilməsi, qiymətləndiricinin səlahiyyətləri, bank əməliyyatları zamanı yaranan mübahisəli məsələlər və onların həlli yolları, bir sıra digər məqamlar barədə açıqlamalar veriblər. Müzakirələr zamanı deputatları narahat edən məsələlərə aydınlıq gətirilib.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?