23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Muxtar respublikanın dövlət vergi orqanlarında vakant vəzifələrin tutulması üçün test imtahanları keçirilir

Muxtar respublikanın dövlət vergi orqanlarında vakant vəzifələrin tutulması üçün test imtahanları keçirilir

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət vergi orqanlarında vakant vəzifələrin tutulması üçün elan olunmuş müsabiqənin test imtahanlarına start verilib.

Komissiyadan Naxçıvan bürosuna bildirilib ki, müsabiqəyə çıxarılan 20 vakant vəzifənin tutulması üçün 184 namizəd sənəd təqdim edib. İmtahanda qanunvericilik və ixtisas üzrə 90, məntiqi təfəkkürün yoxlanılması üzrə 10 sual olmaqla, ümumilikdə, 100 sual təqdim edilir. Sualları cavablandırmaq üçün namizədlərə 2 saat 30 dəqiqə vaxt verilir. Yetmiş və dаhа аrtıq test tapşırığına düzgün cavab verən nаmizədlər növbəti müsahibə mərhələsinə buraxılacaqlar.

Obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılır. İmtahan bitdikdən dərhal sonra namizədlərə nəticəyə dair arayış təqdim edilir. İmtahanda Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin əməkdaşları müşahidəçi kimi iştirak edirlər.

Test imtahanında namizədlər tibbi maskadan istifadə edib, sosial məsafə qorunub və digər sanitar-gigiyenik tələblərə əməl olunub.

Nəticələr Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilir. Test imtahanları sentyabrın 25-də yekunlaşacaq.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?