4 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bərpaolunan enerji mənbələri sahəsinin investisiya cəlbediciliyini artırmaq üçün tədbirlər görüləcək

Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılan Energetika Nazirliyi yanında Bərpaolunan Enerji Mənbələri Dövlət Agentliyi bu sahənin investisiya cəlbediciliyini artırmaq üçün tədbirlər görəcək.

Agentlik Azərbaycanda bərpaolunan enerji mənbələri və onlardan səmərəli istifadə sahəsində fəaliyyətin təşkilini və tənzimlənməsini təmin etməklə dövlət siyasətinin həyata keçirilməsində iştirak edəcək. Agentlik bu sahənin inkişafı və bərpaolunan enerji mənbələri potensialından səmərəli istifadənin təmin edilməsi, eləcə də investisiya cəlbediciliyini artırmaq üçün tədbirlər görəcək.
Agentliyin vəzifələrinə Azərbaycanın ayrı-ayrı regionları üzrə bərpaolunan enerji mənbələrinin potensialını və onlardan istifadə üçün əsas istiqamətləri müəyyənləşdirmək, müvafiq sahədə məlumatların toplanılmasını, emalını, saxlanılmasını və paylaşılmasını təmin edən bərpaolunan enerji mənbələrinə dair elektron məlumat sistemini yaratmaq, bərpaolunan enerji mənbələri üzrə ölçmə müşahidə avadanlığının quraşdırmasını və istismarını təmin etmək, bu sahədə mühəndis-axtarış, kəşfiyyat, layihələndirmə işlərinin aparılmasını, perspektivli layihələrin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasını təşkil etmək, bərpaolunan enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi və dəstəklənməsi üçün müvafiq fondların yaradılması daxildir.

Həmçinin agentlik xarici dövlətlərin aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq çərçivəsində müvafiq qabaqcıl və innovativ təcrübələri öyrənəcək və tətbiq edəcək, müstəqil ekspertləri və mütəxəssisləri, elmi təşkilatları qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb edəcək, bu sahədə ixtisaslı kadrların, mütəxəssislərin hazırlanması və ixtisasının artırılması fəaliyyətində iştirak edəcək.

VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi? Vergiİstifadə olunmayan əsas vəsaitlərə görə əmlak vergisi hesablanmalıdırmı?