11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Fərdi sahibkarların sosial sığorta ödənişləri

Mövcud qanunvericiliyə əsasən, ölkəmizdə fərdi sahibkarların sosial sığorta ödənişlərinin məbləği həm sektorlar, həm də ərazilər üzrə dəyişir və bu səbəbdən müəyyən suallar yaranır. Mövzunu iqtisadçı ekspert İsmayıl Bağırov şərh edir.

"Sosial sığorta haqqında" Qanunun 14.5.1-ci maddəsinə əsasən, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir:

  • sahibkarlıq fəaliyyəti üzrə – minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 25 faizi, digər sahələrdə 15 faizi miqdarının;

  • Bakı şəhərində 100 faizi;

  • Sumqayıt və Gəncə şəhərlərində 90 faizi;

  • digər şəhərlərdə 80 faizi;

  • rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi;

  • kənd yerlərində 50 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər.

Misal 1: Bakı şəhərində ticarət sahəsində fəaliyyət göstərən fərdi sahibkar sahibkarlıq fəaliyyətinə görə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqı (250 manat) məbləğinin hər ay üçün 25 faizinin 100 faizi miqdarında, yəni 62,5 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

250 x 25% = 62,5 manat
62,5 x 100% = 62,5 manat.

Misal 2: Gəncə şəhərində əhaliyə məişət xidməti ilə məşğul olan şəxs ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqı məbləğinin hər ay üçün 15 faizinin 90 faizi miqdarında, yəni 33,75 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

(250 x 15%) x 90 % = 33,75 manat.

Misal 3: Naxçıvan şəhərində tikinti sahəsində çalışan fərdi sahibkar göstərdiyi sahibkarlıq fəaliyyətinə görə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqı məbləğinin hər ay üçün 25 faizinin 80 faizi miqdarında, yəni 50 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

( 250 x 25%) x 80% = 50 manat.

Misal 4: Qıvraq qəsəbəsində ərzaq məhsullarının satışı ilə məşğul olan fərdi sahibkar göstərdiyi sahibkarlıq fəaliyyətinə görə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqı məbləğinin hər ay üçün 25 faizinin 60 faizi miqdarında, yəni 37,5 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

( 250 x 25%) x 60% = 37,5 manat.

Misal 5: Naxçıvan şəhərində əhaliyə məişət xidməti göstərən fərdi sahibkar öz fəaliyyəti üçün sahibkarlıq fəaliyyətinə görə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqı məbləğinin hər ay üçün 15 faizinin 80 faizi miqdarında, yəni 30 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

(250 x 15%) x 80% = 30 manat.

Misal 6: Alatala kəndində əhaliyə restoran xidməti göstərən şəxs sahibkarlıq fəaliyyətinə görə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqı məbləğinin hər ay üçün 15 faizinin 50 faizi miqdarında, yəni 18,75 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

(250 x 15%) x 50% = 18.75 manat.

Qeyd edək ki, əmək müqaviləsi ilə işçi qüvvəsindən istifadə edən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər qeyd olunan dərəcələrlə məcburi dövlət sosial sığorta haqqı ödəməklə yanaşı, işçiləri üçün əməyin ödənişi fondundan məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

Fərqanə ALLAHVERDİQIZI

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?