9 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Səkkiz ayda qeyri-neft ixracına görə ixrac təşviqinin ödənilməsi üçün sahibkarların 634 müraciətinə baxılıb

Qeyri-neft sektorunun inkişafı ölkənin iqtisadi potensialının gücləndirilməsi üçün mühüm amillərdəndir. Son illər ərzində aparılan islahatlar, tətbiq edilən stimullaşdırıcı mexanizmlər qeyri-neft sektorunun davamlı inkişafına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına əlavə imkanlar yaradıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu sahədə təbiq edilən mexanizmlərdən biri də ixracın təşviqi mexanizmidir. Belə ki, “Qeyri-neft ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 mart tarixli Fərmanına uyğun olaraq, ölkə ərazisində istehsal edilən və istehsal prosesində istifadə olunan yerli komponentlərin, qeyri-neft məhsullarının dəyərindən, habelə ixrac olunan məhsulların növündən asılı olaraq qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqi ödənilir. İxrac təşviqi məhsulun ixrac gömrük bəyannaməsində göstərilmiş gömrük dəyərinin bir hissəsinin dövlət büdcəsinin vəsaiti hesabına ixracatçıya ödənilməsi mexanizmidir. İxrac təşviqi geri qaytarılmaq öhdəliyi olmadan Azərbaycanın gömrük ərazisindən çıxarılmaqla faktiki ixrac edilən bir sıra qeyri-neft məhsullarına şamil olunur.

Nazirlər Kabinetinin müvafiq Qərarı ilə ixrac təşviqinin ödənilməsi qaydası, baza məbləğinə tətbiq olunan əmsallar və ixrac təşviqi aid olan qeyri-neft məhsullarının siyahısı təsdiq edilib. Həmin siyahıya əsasən, quş yumurtası, təbii bal, qabığı təmizlənmiş, həmçinin emal olunmuş fındıq, xurma, nar, zeytun yağı, unlu qənnadı məmulatları, qurudulmuş meyvələr, konservləşdirilmiş meyvə və tərəvəzlər, onlardan şirələr, alkoqollu və alkoqolsuz içkilər, Naftalan mazı, təbii dəridən geyim əşyaları, ayaqqabı və digər məmulatlar, əllə toxunmuş xalçalar, ipək parçalar, pambıq ipliyindən geyim əşyaları, ləvazimatları və digər hazır toxuculuq məmulatları ixrac təşviqi şamil olunan mallara aid edilir. İxrac təşviqinin baza məbləği ixrac olunmuş məhsulların dəyərinin 3 faizini təşkil edir və ona 1-2 arasında dəyişən əmsallar tətbiq edilməklə ödənilir. Yəni, ixrac olunmuş malın gömrük dəyərinin 3-6 faizi ixracatçıya ödənilir. Məsələn, əgər ixracatçı 100 min manat ekvivalentində meyvə-tərəvəz məhsulu ixrac edibsə, ona 3 min manat, eyni məbləğdə təbii üzüm şirəsi ixrac edildiyi halda isə, 6 min manat vəsait ödənilir.

Qeyd edək ki, bu ilin 8 ayı ərzində qeyri-neft ixracına görə ixrac təşviqinin ödənilməsi məqsədilə sahibkarlardan daxil olan 634 müraciətə baxılıb və onlardan 627-nə məktub-sərəncam verilib. Bu dövr ərzində ixrac olunmuş məhsulların dəyəri 111 milyon ABŞ dolları, ixrac təşviqinin məbləği isə 6,3 milyon manat təşkil edib. Bu dövrdə ixrac təşviqi mexanizmindən 80 sahibkarlıq subyekti yararlanıb və dünyanın 20 ölkəsinə ixrac təşviqi şamil olunan Azərbaycan istehsalı olan qeyri-neft məhsulları ixrac edilib. İxracına görə ixrac təşviqi ödənilmiş məhsullar arasında qabığı təmizlənmiş meşə fındığı, təzə xurma və nar, şərablar və digər spirtli içkilər, konserv məhsulları, şirələr, mürəbbələr, souslar, pambıq ipliyindən hazırlanan məmulatlar üstünlük təşkil edib.

Qeyd edək ki, 2016-cı il martın 1-dən tətbiq edillən ixrac təşviqinin ödənilməsi mexanizmi çərçivəsində 2947 müraciət daxil olub, aparılan araşdırmalardan sonra 2883 məktub-sərəncam verilib. Bu dövr ərzində 365 milyon dolları dəyərində ixrac olunmuş məhsullara görə sahibkarlıq subyektlərinə 23,2 milyon manatdan çox ixrac təşviqi ödənilib. İndiyədək ixrac təşviqi mexanizmindən yararlanan sahibkarlar 145 sahibkar öz məhsullarını Almaniya, ABŞ, Böyük Britaniya, İsrail, İsveç, İtaliya, Kanada, Küveyt, Avstraliya, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Koreya Respublikası, Belarus, Çexiya, Çin, Fransa, Yaponiya və digər ölkələrə ixrac ediblər. İxrac təşviqi mexanizmi iqtisadiyyatının şaxələndirilməsinin davam etdirilməsi, yaradılmış ixrac potensialından daha səmərəli istifadə olunması, ixracatçıların məhsullarını beynəlxalq bazarda daha rəqabətqabiliyyətli qiymətlərlə təklif etmək imkanı yaradır. Hazırda ixrac təşviqinin ödənilməsi prosesinin elektronlaşdırılaraq müvafiq məlumat bazalarına inteqrasiya olunması hesabına ixracatçılar üçün daha rahat, həmçinin ödənilmiş vəsaitlərin səmərəli istifadəsinin təmin olunması baxımından daha səmərəli mexanizm kimi təkmilləşdirilməsi üzərində işlər aparılır.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?