19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Beynəlxalq Startap Yarışmasında Azərbaycanı təmsil edəcək startap məlum olub

Dünyanın 80 ölkəsindən startapların iştirak edəcəyi İslam İnkişaf Bankının Beynəlxalq Startap Yarışmasında Azərbaycanı təmsil edəcək startap məlum olub.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, sentyabrın 10-da təşkil olunmuş onlayn tədbirdə yarışmanın ölkə üzrə milli seçim mərhələsinə müraciət etmiş startaplar münsiflər heyəti qarşısında öz startap layihələrini təqdim ediblər. Münsiflər heyəti yarışmanın Azərbaycan üzrə rəsmi tərəfdaşı olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, İslam İnkişaf Bankının və İslam İnkişaf Bankı Qrupunun İllik İnvestisiya Toplantısının təşkilat komitəsinin üzvlərindən ibarət olub. Münsiflər Heyətinin qərarı ilə “Mina – Made in Azerbaijan” startap komandasının yuyucu vasitələrdən istifadə etmədən əşyaları təmizləyən elektron cihazı - “W-ball” layihəsi Azərbaycan üzrə milli turun qalibi seçilib. Qalib startap Azərbaycanı oktyabrın 29-da Dubayda keçiriləcək Beynəlxalq Startap Yarışmasında təmsil edəcək. Dubayda təşkil olunacaq yarış bilavasitə iştirak formatında keçiriləcəyi təqdirdə milli təmsilçinin bütün xərcləri İslam İnkişaf Bankı tərəfindən qarşılanacaq. Beynəlxalq Startap Yarışmasında ümumilikdə 5 qalib seçiləcək və onların hər birinə 10 min ABŞ dolları məbləğində mükafat veriləcək. Həmçinin İslam İnkişaf Bankı tərəfindən qalib startapların gələcək inkişafına maliyyə dəstəyi göstərilə bilər.

Qeyd edək ki, Beynəlxalq Startap Yarışmasının Azərbaycan üzrə milli seçim mərhələsinə sentyabrın 1-də start verilib. Yarışmanın tələblərinə uyğun gələn, mobil tətbiqlər, ağıllı cihazlar, onlayn xidmətlər kimi sahələrdə fəaliyyət göstərən 15 startap milli seçim turunda iştirak edib.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?