11 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sığortaçılar Assosiasiyası ilə Milli Avtomobil Klubu arasında əməkdaşlıq gücləndirilir

Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) İctimai Birliyi ilə Azərbaycan Milli Avtomobil Klubu arasında anlaşma memorandumu imzalanıb. Razılığa əsasən, tərəflər Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyi səviyyəsinin artırılması vasitəsilə yol-nəqliyyat hadisələrinin sayının və bu hadisələr nəticəsində ölkəyə dəyən sosial-iqtisadi zərərin azaldılması istiqamətində tədbirlərlə bağlı sosial layihələrin həyata keçirilməsində əməkdaşlıq edəcəklər.

Memorandumun əsas hədəfləri:

  • sosial məsuliyyətin aşılanmasının təbliğ və təşviq edilməsi;

  • insanlar arasında maarifləndirmə layihələrinin həyata keçirilməsi;

  • ölkə vətəndaşları arasında yol-nəqliyyat hadisələrinin, xüsusilə də ölümlə və sağlamlığa zərər vurulma ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayının minimallaşdırılması;

  • ölkə iqtisadiyyatına və ekologiyaya dəyən zərərin həcminin azaldılması ;

  • yol hərəkətinin təhlükəsizliyi sahəsində maarifləndirmə, təbliğat və təşviqat işinin təkmilləşdirilməsi üzrə tədbirlərin həyata keçirilməsi;

  • yol hərəkəti təhlükəsizliyi sahəsində müasir innovativ metodların tətbiqi, yol hərəkəti iştirakçılarının davranış və mədəniyyət səviyyəsinin artırılması istiqamətində birgə tədbirlərin həyata keçirilməsi.
VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?