13 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"Gəlir vergisi" kitabı çapdan çıxıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İqtisadiyyat İnstitutunun İqtisadi tədqiqatların riyazi təminatı şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Akif Musayevin, institutun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktorları Yaşar Məmmədov və Aygün Musayevanın müəllifi olduqları “Gəlir vergisi” kitabı nəşr edilib.

İqtisadiyyat İnstitutundan bildirilib ki, kitabın rəyçiləri iqtisad elmləri doktorları, professorlar Vahid Novruzov və Müşviq Atakişiyev, elmi redaktoru isə iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyevdir.

Monoqrafiyada gəlir vergisinin nəzəri əsasları, səciyyəvi xüsusiyyətləri, fiskal siyasətdə, iqtisadiyyatda formalaşan gəlirin bölüşdürülməsində oynadığı rol, gəlir vergisinin istehlak vergisi ilə müqayisəsi, gəlir vergisinə cəlb olunan gəlirin formalaşma mənbələri araşdırılıb və xüsusi yanaşma ilə sistemləşdirilib. Gəlir vergisindən azadolmalar sistemi qüvvədəolma müddətinə, əhatə dairəsinə, subyektinə, məqsədinə, xarakterinə, digər xüsusiyyətlərinə görə təsnifləşdirilib. Kitabda gəlir vergisinin proqnozlaşdırma metodologiyasına, ekonometrik və optimallaşdırma modellərinə, gəlir vergisinin marjinal və effektiv dərəcələrinə və bu sahədə beynəlxalq təcrübəyə geniş yer verilib.

Monoqrafiya vergi sahəsində çalışan mütəxəssislər, vergi ixtisası üzrə təhsil alan tələbə və magistrlər və elmi işçilər üçün faydalı mənbə rolunu oynaya bilər.

VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı?