11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

AZPROMO-da onlayn brifinq keçirilib

Sentyabrın 3-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) Azərbaycan məhsullarının ixracının artırılması, ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb edilməsi, “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində görülən işlər və nəzərdə tutulan tədbirlərə dair onlayn formatda brifinq keçirilib.

AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev son illər qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatlar, qeyri-neft məhsullarının ixracı və dəstəklənməsi, “Made in Azerbaijan” brendinin xarici ölkələrdə tanıdılması və xarici investisiyaların təşviqi istiqamətində görülən işlər barədə məlumat verib. Qeyd olunub ki, 2020-ci ilin əvvəlindən Azərbaycan şirkətləri Almaniyada “Beynəlxalq Yaşıl Həftə 2020”, Rusiyada “Prodexpo 2020”, BƏƏ-də “Gulfood 2020” sərgilərində iştirak edib, Azərbaycan məhsulları “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunub. Covid-19 pandemiyasından irəli gələn səbəblərdən bir neçə beynəlxalq sərgi təşkilatçılar tərəfindən təxirə salınıb.

Bildirilib ki, İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviq Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan şirkətləri cari ilin 22-25 sentyabr tarixlərində Rusiyanın Moskva şəhərində keçiriləcək “Worldfood 2020” beynəlxalq ərzaq sərgisində iştirak edəcək. Sərgidə nar şirəsi, fındıq, şərab və digər spirtli içkilər, meyvə və tərəvəz, mineral sular, qənnadı və un məmulatları, çay, mürəbbə, kompot, limonad, meyvə quruları kimi qida məhsulları “Made in Azerbaijan” vahid ölkə stedində sərgi ziyarətçilərinə təqdim ediləcək. Azərbaycan şirkətləri artıq 4-cü dəfədir ki, bu sərgidə iştirak edəcək. “Worldfood 2020” beynəlxalq ərzaq sərgisində iştirak qeyri-neft sektorunun ixrac coğrafiyasının genişləndirilməsi, Azərbaycan məhsullarının xarici bazarlara ixracının artırılması, ənənəvi Rusiya bazarında mövqeyinin möhkəmləndirilməsi, Azərbaycan sahibkarlarının xarici iş adamları ilə əlaqələrinin daha da gücləndirilməsi baxımından xüsusilə əhəmiyyətlidir. Bundan əlavə, 2020-ci ilin sonunadək Azərbaycan sahibkarlarının Çin Xalq Respublikasının Şanxay şəhərində keçiriləcək “3-cü Çin Beynəlxalq İdxal” ərzaq sərgisində iştirakı da nəzərdə tutulur.

Tədbirdə məlumat verilib ki, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə indiyədək Azərbaycan şirkətlərinin xarci ölkələrə 33 ixrac missiyası təşkil olunub, yerli məhsullar 33 beynəlxalq sərgidə vahid ölkə stendində təqdim olunub. Bildirilib ki, 2020-ci ilin yanvar-avqust aylarında ixrac təşviqinin ödənilməsi ilə bağlı daxil olan müraciətlər əsasında 80 sahibkarlıq subyektinə 6,3 milyon manatdan çox ixrac təşviqi ödənilib. Ümumilikdə isə, indiyədək sahibkarlara 23,2 milyon manatdan artıq ixrac təşviqi verilib.

Yusif Abdullayev AZPROMO-nun əsas fəaliyyət istiqamətlərindən olan ölkə iqtisadiyyatına birbaşa xarici investisiyaların cəlb edilməsi istiqamətində həyata keçirilən tədbirlərdən də danışıb. Qeyd olunub ki, AZPROMO İnvestisiya Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının (WAIPA) üzvüdür və Mərkəzi Asiya üzrə bölgə direktoru statusuna malikdir. WAIPA çərçivəsində üzv ölkələrin investisiya təşviqi agentlikləri ilə mütəmadi olaraq görüşlər keçirilir, qarşılıqlı əlaqələrin inkişafı, xarici investisiyaların cəlb olunması istiqamətində fikir və təcrübə mübadiləsi aparılır. Bu istiqamətdə AZPROMO və Beynəlxalq Maliyyə Korporasiyasının əməkdaşlığı nəticəsində beynəlxalq təcrübə nəzərə alınmaqla “Birbaşa xarici investisiyaların təşviqinə dair 2021-2025-ci illər üçün Strategiya”nın layihəsi hazırlanır.

Azərbaycanın biznes və investisiya imkanları barədə daha ətraflı məlumat almaq istəyən, ölkə iqtisadiyyatına investisiya yatırmaqda maraqlı olan xarici investorlarla sıx əməkdaşlıq əlaqələrinin yaradılması, eləcə də daha səmərəli və keyfiyyətli xidmətin göstərilməsi məqsədilə “İnvest in Azerbaijan” elektron səhifəsinin və mobil tətbiqinin yaradılması, CRM əlaqələrin idarə olunması sisteminin təkmilləşdirilməsi ilə bağlı işlər aparılır.

Yusif Abdullayev AZPROMO-nun qarşısında duran əsas hədəflərin həyata keçirilməsi istiqamətində tədbirlərin davam etdiriləcəyini, özəl sektorun inkişafı üçün beynəlxalq təcrübəyə əsaslanan dəstək mexanizmlərindən geniş istifadə olunacağını vurğulayıb.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?