19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İşəgötürənlərin nəzərinə!

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi işəgötürənlərin diqqətinə çatdırır ki, onlar agentliyin göndərişi ilə işə qəbul olunan şəxslərin əməkhaqqının və əməkhaqqından tutulmaların 50 faizinin İşsizlikdən sığorta fondunun vəsaiti hesabına maliyyələşdirilməsi proqramında iştirak edə bilərlər.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, proqrama son 1 ildə fəaliyyətdə olan və müraciət tarixinə yerinə yetirilməmiş vergi öhdəliyi və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olmayan, həmin müddətdə iş yerlərinin sayını azaltmayan işəgötürənlər qoşula bilər. Bunun üçün, həmçinin işəgötürənin işçilərinin orta illik sayının 20 faizindən çoxunu sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər təşkil etməlidir. İşəgötürənin vakansiya bankına müvafiq məlumatları təqdim etməsi, kiçik və orta sahibkarlıq subyekti hesab olunması, müflis elan edilməsi barədə müraciəti olmaması da şərtlər sırasına daxildir.

Əməkhaqlarının maliyyələşdirilməsi nəzərdə tutulan iş yerləri üzrə vakansiyalar ən azı 3 ay əvvəl “Məşğulluq” altsisteminə daxil edilməlidir.

2 ildən az olmayan müddətə bağlanan əmək müqaviləsi ilə işə götürülən işçilərin əməkhaqqının 50 faizinin maliyyələşdirilməsi 3, 6, 9 ay və ya 1 il müddətində həyata keçirilir.

Proqramda iştirak etmək üçün agentliyə müraciət etmək olar. Əlaqə telefonu: (012) 596-37-59, e-mail: [email protected]

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?