7 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Asel Raimkulova: “Qırğızıstan Azərbaycanla iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlıq edəcək” MÜSAHİBƏ

“Qırğızıstanın Ekologiya və İqlim üzrə Dövlət Komitəsinin koordinasiyası ilə, kompleks hökumət yanaşması nəzərə alınmaqla hazırlanan Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) Qırğızıstanın iqlim dəyişikliyi ilə mübarizə planı və onun istixana qazlarının emissiyalarının azaldılması səylərinə töhfəsidir. O, milli prioritetləri və Dayanıqlı İnkişaf Məqsədlərini nəzərə alaraq 2030-cu ilə qədər aşağı karbonlu transformasiyanın istiqamətlərini müəyyən edir”.

Ölkəsində bu istiqamətdə aparılan işlər barədə “vergiler.az”a Qırğızıstanın təbii sərvətlər, ekologiya və texniki nəzarət üzrə nazir müavini Asel Raimkulova danışıb.

- Asel xanım, qarşıdakı illərdə nazirliyiniz tərəfindən hansı fəaliyyət sahələrinin inkişafına əsas diqqət yetiriləcək? Emissiyaların və havanın çirklənməsinin azaldılması istiqamətində hansı işlər görülür?

- Bildiyiniz kimi, iqtisadi inkişaf həm də ekoloji tələblərə cavab verməlidir. Bizim üçün bu, ilk növbədə enerji sektorudur, yəni hidroenergetika, daha sonra sənaye, nəqliyyat və yaşıl iqtisadiyyatdır.

Atmosfer havasını qorumaq üçün bir sıra tədbirlər planı qəbul etmişik. Məsələn, Bişkek şəhəri və Çuy vilayətində atmosfer havasının vəziyyətini yaxşılaşdırmaq üçün beşillik plan var. Əsas vəzifələrdən biri bərk yanacaqlardan ekoloji cəhətdən daha təmiz yanacaqlara keçiddir. Hazırda bütün yaşayış massivlərinin qazlaşdırılması üzərində işləyirik. Ev təsərrüfatları təbii qaza keçir. Çalışırıq ki, məktəblər, xəstəxanalar kimi sosial obyektləri ekoloji cəhətdən daha təmiz enerjiyə, qaz və alternativ enerji mənbələrinə keçirək.

- Bu sahədə Azərbaycanla əməkdaşlığı necə qiymətləndirirsiniz?

- 2022-ci ildə biz Azərbaycanla ətraf mühitin mühafizəsi sahəsində idarələrarası səviyyədə anlaşma memorandumu imzalamışıq. Biz bu istiqamətdə, o cümlədən iqlim dəyişikliyi ilə mübarizə və biomüxtəlifliyin qorunması ilə bağlı çalışacağıq. Bu, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşdə müzakirə olunan mövzulardan biri olub.

Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) xüsusi qeyd etmək istərdim. Bu əhəmiyyətli tədbiri yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycana təşəkkürümü bildirmək istəyirəm. Mən ilk dəfədir ki, COP-da iştirak edirdim. Belə genişmiqyaslı tədbirdə müxtəlif ölkələrdən on minlərlə iştirakçı iştirak edib. Biz şadıq ki, qardaş ölkə bu məsuliyyəti öz üzərinə götürüb və onu ən yüksək səviyyədə həyata keçirib.

- Tullantıların təkrar emalı və çeşidlənməsi ilə bağlı ölkənizdə hansı işlər aparılır?

- Təbii ki, bu bizim üçün aktual mövzudur. Bu istiqamətdə Qırğızıstan normativ hüquqi aktların təkmilləşdirilməsi üzərində işləyir. Biz yeni qanun qəbul etmişik. Biz təkrar emal toplama sistemini və genişləndirilmiş istehsalçı məsuliyyəti sistemini tətbiq edirik. Bu qanuna uyğun olaraq, hazırda Qırğızıstanda bir çox qanunvericilik aktları hazırlanır. Bu istiqamətdə biz Koreya, Almaniya, Rusiya və s. ölkələrlə əməkdaşlıq edirik. Bu gün emal və çeşidləmə zavodlarının tikilməsi məsələsi bizim üçün çox aktualdır. Bu istiqamətdə də işlərə başlanılıb. Belə zavodların Bişkek, Oş şəhərlərində, eləcə də ölkənin digər kiçik şəhərlərində tikilməsi planlaşdırılır.

- Paris Sazişinə uyğun olaraq iqlim şəffaflığı üçün potensialın yaradılması təşəbbüsü ilə bağlı planlarınız barədə nə deyə bilərsiniz?

- Qırğızıstan 2050-ci ilə qədər karbon neytrallığı konsepsiyasını hazırlayıb. 2021-ci ildə NDC qəbul edilib. Bu konsepsiya çərçivəsində biz NDC-in həyata keçirilməsi üçün tədbirlər planı hazırlamışıq. Biz bu istiqamətdə ən həssas sektorlar - biomüxtəliflik, enerji, kənd təsərrüfatı, suvarma, səhiyyə, fövqəladə hallar üçün milli uyğunlaşma planını hazırlayırıq.

Hüseyn VƏLİYEV

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?