12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Rəsmi əmək münasibətləri sabit sosial təminatın təməl prinsipidir MƏQALƏ

  • Genişmiqyaslı sosial islahatlar nəticə etibarilə vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində atılan önəmli addımlardır.

  • Qeyri-leqal işləyən vətəndaş gələcəkdə layiqli pensiya təminatını itirir.

  • 2019-cu ilin əvvəli ilə müqayisədə 2022-ci ildə qeyri-dövlət sektorunda bağlanmış əmək müqavilələrinin sayı 344.394 vahid artıb.

Son illər Azərbaycanda həyata keçirilən sosial islahatlar davamlı xarakter alıb. Elə bu günlərdə dövlət başçısının imzaladığı sərəncamla minimum əməkhaqqının 345 manata çatdırılması ilə 700 min vətəndaşı əhatə edəcək artım üçün dövlət büdcəsindən əlavə 450 milyon manat ayrılacağını, minimum pensiyanın 280 manata qaldırılmasını, bir sıra sahələrdə maaşların, müavinət və təqaüdlərin artımını nəzərə alsaq, ölkə rəhbərliyinin sosial sahəyə həssas münasibətinin şahidi olarıq.

Əmək müqavilələrinin bağlanması rifaha yol açır

Genişmiqyaslı sosial islahatlar nəticə etibarilə vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində atılan önəmli addımlardır. Daim öz vətəndaşının yanında olan, ölkə əhalisinin rifah halının daha da yaxşılaşdırılmasını hədəf götürən dövlətimiz, iqtisadi imkanları genişləndikcə, bu istiqamətdə həyata keçirilən tədbirlərin davamlılığını təmin etməyə çalışır. Qeyd edək ki, minimum əməkhaqqı məbləğinin artırılması, eyni zamanda, həmin meyardan istifadə etməklə digər vətəndaşların da maaşlarına müsbət təsir edəcək.

Milli sosial rifah səviyyəsinin davamlı artması məqsədilə yüksək, dayanıqlı, inklüziv və başlıca olaraq özəl təşəbbüslərə əsaslanan iqtisadi artımın sürətlənməsi, azad edilmiş ərazilərə əhalinin qayıdışının təmin olunması Azərbaycanın yeni inkişaf strategiyasının əsasını təşkil edir. Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair milli prioritetlərdə insanların sosial statusundan və yaşadığı ərazidən asılı olmayaraq iqtisadi imkanlara çıxışının bərabər və ədalətli prinsipləri müəyyənləşdirilib. Bütün bu imkanlardan faydalanmaq üçün isə əsas şərt əməkhaqlarının leqallaşdırılması ilə şəffaflığın bərqərar olmasıdır. Sirr deyil ki, işçilər işəgötürənlərlə əmək müqaviləsi bağlamadıqda sosial imkanlardan məhrum olurlar. İşəgötürən tərəfindən onlara ödənilən qeyri-leqal əməkhaqları ilə razılaşmaqla özlərini gələcəkdə dövlətin sosial təminatından məhrum etmiş olurlar. Qeyri-leqal işləyən vətəndaş məzuniyyət haqqının, xəstəlik və işdənçıxma müavinətinin tam həcmdə ödənilməməsi ilə rastlaşır, ipoteka və digər kreditləri almaq hüququnu və ən əsası, gələcəkdə layiqli pensiya təminatını itirir. Əmək müqaviləsinin bağlanması gecikdikcə işçi gələcək pensiyasının müəyyən məbləğindən də məhrum olur. Bir sözlə, əmək müqaviləsi bağlamaqla və işəgötürəndən yalnız rəsmi əməkhaqqı ödəməyi tələb etməklə hər bir şəxs öz firavan gələcəyini düşünmüş olur.

Şəffaflaşma bəhrəsini verir

Artıq bir neçə ildir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən əmək münasibətlərinin leqallaşdırılması, iş yerlərinin “ağardılması” və şəffaflığın təmin edilməsi istiqamətində mühüm işlər həyata keçirilir. Aparılan maarifləndirmə və qanunvericiliyin tələblərinə uyğun digər tədbirlərin nəticəsi olaraq, 2019-cu ilin əvvəli ilə müqayisədə 2022-ci ildə qeyri-dövlət sektorunda bağlanmış əmək müqavilələrinin sayı 344.394 vahid artıb və 2023-cü il yanvar ayının 1-nə 1.746.309 olub (https://www.taxes.gov.az/az/post/2286). Qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 291.435 vahid artaraq 831.357-ə çatıb. Bir tərəfdən qanunvericiliyin, nəzarət tədbirlərinin və mexanizmlərin təkmilləşdirilməsi, digər tərəfdən isə rəsmi əmək münasibətlərinin faydası barədə maarifləndirmə işinin genişləndirilməsi müəyyən edilmiş hədəflərə çatmaq yolunda irəliləyişə səbəb olub. Bu tədbirlər çərçivəsində əmək müqaviləsi bağlamağın üstünlükləri barədə sosial və videoqrafik çarxlar hazırlanaraq Dövlət Vergi Xidmətinin rəsmi saytında, sosial şəbəkələrdəki səhifələrində və video-hostinqlərdəki kanallarında yerləşdirilir. Bütün bu tədbirlər, əlbəttə ki, ölkə iqtisadiyyatının inkişafı ilə yanaşı, vətəndaşların hüquqlarının qorunmasına və yüksək təminatlı cəmiyyətin bərqərar olmasına xidmət edir.

Mövzu ilə əlaqəli materiallar:

https://vergiler.az/news/economy/19880.html
https://vergiler.az/news/article/20406.html
https://vergiler.az/news/articles/18394.html

Gülay NƏBİYEVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?