- Artıq ödənilmiş vergiləri və maliyyə sanksiyalarını necə geri almaq olar? Bu proses qanunvericiliklə necə tənzimlənir?
- Bank kartları avtobuslarda ödəniş zamanı bəzən bloka düşür. Məhdudiyyəti aradan qaldırmaq üçün vətəndaş Bakıkarta, yoxsa banka müraciət etməlidir?
- Dövlət Vergi Xidməti saxta aksiz markaları ilə bağlı sahibkarlara xəbərdarlıq etdi: qanunu pozanları hansı cəzalar gözləyir?
Bu və digər xəbərlərlə İqtisadiyyat Nazirliyi yanında DVX-nin ATV kanalı ilə birgə layihəsi olan "İqtisadi zona" proqramının 25 oktyabr 2026-cı il tarixli buraxılışında tanış ola bilərsiniz. Verilişin qonağı “AZİNTELECOM” MMC-nin şöbə müdiri Murad Əhmədov Günel Bəhramqızının suallarını cavablandırıb.
