20 May 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mikro və kiçik sahibkarlıq subyektləri üçün vergi inzibatçılığı sadələşdirilir VİDEO

Ölkə Prezidentinin 22 iyul 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın həyata keçirilməsi iqtisadi artımın sürətlənməsinə, iqtisadiyyatın və məşğulluğun dayanıqlığının güclənməsinə, özəl sektorun inkişafına və investisiya fəallığına müsbət təsir edəcək, eyni zamanda, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin effektivliyini və iqtisadiyyatda şəffaflığı artırmaqla biznes mühitinin daha da sağlamlaşdırılmasına imkan verəcək. Bu sənəddə qeyd olunan hədəflərlə yanaşı, ölkədə icrası davam etdirilən konsepsiyalar, dövlət proqramları, milli fəaliyyət planları və bu kimi digər sənədlərin strategiya ilə əlaqələndirilməsi istiqamətində də zəruri tədbirlərin görülməsi nəzərdə tutulur. Hazırda həmin islahatlar çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən vergi inzibatçılığının sadələşdirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilir.

Vergi inzibatçılığı sahəsində həyata keçirilən tədbirlərin bir hissəsi kiçik və orta sahibkarlıq subyektlərinin vergi hesabatlarının verilməsinə, eyni zamanda vergilərin ödənilməsinə sərf edilən vaxtın və inzibati yükün azaldılması ilə bağlıdır. Bu məqsədlə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vergi ödəyiciləri tərəfindən təqdim olunan “Vahid bəyannamə”nin göndərilməsi prosesi asanlaşdırılacaq. Bəyannamə məzmunca geniş olduğundan, əsasən, mikro və kiçik sahibkarlıq subyektləri tərəfindən doldurulması zamanı bəzi çətinliklər yarandığı müşahidə olunur. Həmin çətinliklərin aradan qaldırılması, ödəyicilərin hər dəfə xidmət mərkəzlərinə müraciət etməmələri üçün inzibatçılığın mərhələli şəkildə təkmilləşdirilməsi nəzərdə tutulur. Layihəyə görə, ilkin mərhələdə işçisi olmayan fiziki şəxslər tərəfindən göndərilən bəyannamənin sadələşdirilmiş interfeys formasında tərtib edilməsi planlaşdırılır ki, bunun üçün də hazırda proqram təminatının hazırlanması istiqamətində işlər aparılır.

Nəzərdə tutulur ki, vergi ödəyicisinin uçot baza məlumatları, həmçinin son bəyannamə məlumatlarına əsasən proqram təminatı tərəfindən bəyannamənin məlumat bölmələri avtomatik doldurularaq ödəyiciyə təqdim ediləcək, vergi ödəyicisi məlumatlarla razı olduqda, bəyannaməni təsdiq edib qəbul olunması üçün elektron qaydada vergi orqanına göndərəcək. Əks halda, məlumatlarda dürüstləşməyə zərurət yarandıqda, düzəliş edib bəyannaməni təsdiq edə bilər.

Artıq layihə işləri tamamlanma mərhələsindədir. Proqram təminatı istifadəyə verilməzdən əvvəl vergi ödəyiciləri bəyannamədən istifadəsi qaydası ilə tanış olacaqlar.

Eyni zamanda, sabit qəbz əldə etməklə fəaliyyət göstərən vergi ödəyicilərinə həmin qəbzi xidmət mərkəzlərinə getmədən ödəmə terminalları vasitəsilə alması üçün texniki imkanların yaradılması nəzərdə tutulur. Layihənin əsas məqsədi vergi ödəyiciləri tərəfindən sabit qəbzin əldə olunmasının sadələşdirilməsi və çevik vergi inzibatçılığının formalaşdırılmasıdır. Vergi ödəyicisi məlumatlarını ödəmə terminallarında daxil edən zaman onun baza - uçot məlumatları, həmçinin öhdəlikləri ekranda əks olunacaq. Terminal vasitəsilə ödəniş etdiyi zaman sabit qəbzi əldə etmiş olacaq.

VergiHüquqi şəxsin ünvan dəyişikliyi VergiƏfqanıstan müharibəsi veteranının həyat yoldaşına vergi güzəşti tətbiq olunurmu? Vergiİpoteka ilə alınan daşınmaz əmlaka görə ƏDV-nin geri qaytarılması VergiRepetitorluq xidməti göstərən fiziki şəxs vergi uçotuna necə alınır? VergiXarici ölkədə ödənilmiş vergilər Azərbaycanda nəzərə alınırmı? VergiFiziki şəxsin vergi orqanında uçota alınması vaxtı VergiQeyri-sahibkarlıq fəaliyyətindən əldə edilmiş gəlirlər hansılardır? VergiHansı halda xaricdə əldə olunan gəlirlərə görə vergi öhdəliyi yaranmır? VergiXarici ölkədə gəlir əldə edən şəxs VÖEN almalıdırmı? VergiXaricdə əldə edilən gəlirlərin vergiyə cəlb olunması